Alim inkişaf etmiş ölkələrdə ölümün əsas səbəbini açıqlayıb
28.01.2024 15:28

İlk dəfə olaraq yüksək gəlirli ölkələrdə ürək-damar xəstəlikləri ən çox yayılmış ölüm səbəbləri siyahısında liderliyini itirib.

 

Aztibb.az xəbər verir ki, amerikalı alim Ceyms Adams “The Guardian”a müsahibəsində bu qlobal dəyişiklikdən danışıb. Mütəxəssisin sözlərinə görə, araşdırma xərçəngin inkişaf etmiş ölkələrin sakinlərinin sağlamlığı üçün əsas təhlükəyə çevrildiyini göstərib.


O, qeyd edib ki, bu nəticələri əldə etmək üçün alimlər 21 ölkədə yaşayan 160 min insan haqqında məlumat toplayıblar. Bu dövlətlər üç kateqoriyaya bölünüb: üç yüksək gəlirli, on bir orta gəlirli və beş aşağı gəlirli. Tədqiqat iştirakçılarının yaşı 35 ilə 70 arasında dəyişib və məlumatlar 1980-2020-ci illər arasında təhlil edilib.


Məlum olub ki, inkişaf etmiş ölkələrdə ümumi ölüm halları orta gəlirli ölkələrlə müqayisədə iki dəfə, seçmədə ən yoxsul ölkələrdən isə dörd dəfə aşağı olub. Alimlər həmçinin qeyd ediblər ki, bəzi ölüm səbəbləri digər ölkələrlə müqayisədə yüksək gəlirli ölkələrdə daha çox olur. Bu, xüsusilə pnevmoniya və xroniki obstruktiv ağciyər xəstəliklərinə aiddir. Həmçinin inkişaf etmiş ölkələrdə xərçəng uzun müddətdir birinci yerdə olan ürək-damar xəstəliklərini qabaqlayaraq, ölümün əsas səbəbi olub.


Bununla belə, C.Adams vurğulayıb ki, qlobal miqyasda ürək-damar xəstəlikləri ölüm hallarının əsas səbəbi olaraq qalır. Bütün ölümlərin təxminən 40 faizi bu xəstəliklərdən qaynaqlanır. Xərçəng ikinci yerdədir və bütün ölümlərin 26 faizini təşkil edir.


Mütəxəssis təklif edib ki, tədqiqatın nəticələri qismən varlı ölkələrin sakinlərinə aşağı gəlirli ölkələrlə müqayisədə ürək problemlərindən daha çox sağ qalmağa imkan verən tibbdəki irəliləyişlərlə izah oluna bilər. Yoxsul ölkələrdə müasir müalicə üsullarına çıxış çox vaxt məhduddur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub