Diabet xəstələrinin həyatında inqilab edəcək bir ixtira
27.01.2024 18:40

Sidney Universiteti və Norveç Arktika Universitetinin alimlərinin apardıqları işlər nəticəsində yeməli insulin hazırlanıb.


Aztibb.az xəbər verir ki, “Nature Nanotechnology” elmi jurnalında dərc edilən araşdırmaya görə, yeməli insulini bədənə kapsul şəklində və ya görünməz nano-daşıyıcılar vasitəsilə şokolad parçasına yerləşdirməklə qəbul etmək olar.


Tədqiqatın iştirakçılarından olan Arktika Universitetinin professoru Peter McCourt bildirib ki, insulini bu şəkildə qəbul etmək daha yaxşıdır, çünki bədənin təcili olaraq insulinə ehtiyacı olan hissələrinə maddəni tez çatdırmaq mümkündür. İnsulin şprislə alınır və bütün bədənə yayılır. Bu arzuolunmaz yan təsirlərə səbəb ola bilər.


Bu gün bir çox dərmanlar ağızdan qəbul edilsə də, şəkərli diabet xəstələri indiyədək bədənlərinə insulin vurmaq məcburiyyətində qalıblar.


Professor bu problemin səbəbinin nanodaşıyıcılarla orqanizmə qəbul edilən insulinin mədədə parçalanması və buna görə də orqanizmin ehtiyac duyduğu nahiyələrə çata bilməməsi olduğunu bildirib.


Tədqiqat çərçivəsində əldə edilən nəticələr bu problemi aradan qaldırır


"Biz insulinin mədə turşusu və həzm fermentləri tərəfindən parçalanmasının qarşısını alacaq bir örtük hazırladıq. Beləliklə, insulin, strukturu zədələnmədən, getməsi lazım olan qaraciyərə çata bilir", - deyə P.Makkurt bildirib.


Qeyd edib ki, inkişaf etdirilən örtük qaraciyərdə yalnız qan şəkəri yüksəldikdə aktivləşən fermentlər tərəfindən parçalanıb.


Qan şəkəri aşağıdırsa, insulin ifraz olunmur


Tədqiqatın qabaqcıllarından olan Sidney Universitetindən Nicholas J. Hunt, bildirib: "Bu, qanda şəkər yüksəldiyi zaman insulinin qaraciyərdən sürətlə ifraz olunması deməkdir. Daha da əhəmiyyətlisi, qan şəkəri aşağıdırsa, insulin ifraz olunmur".


Şifahi olaraq qəbul edilə bilən yeni insulinin əvvəlcə siçan və siçovullar üzərində sınaqdan keçirildiyi bildirilib.


Tədqiqatçılar vurğulayıb ki, yeni insulin metodu 2025-ci ildən və uğurlu nəticələr əldə olunarsa insanlar üzərində sınaqdan keçiriləcək.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub