ATU rektoru IV Beynəlxalq “Səmərqənd-2020” Olimpiadasında qalib olan komanda üzvləri ilə görüşüb
24.01.2024 11:06

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli IV Beynəlxalq “Səmərqənd-2020” Olimpiadasında uğurla çıxış edən komanda üzvləri ilə görüşüb.

 

Bu məlumat Aztibb.az-a ATU-dan vrilib.

 

Bildirilib ki, dörd mindən çox iştirakçısı olan beynəlxalq yarışmada qələbə qazanan ATU tələbələrini təbrik edən rektor G.Gəraybəyli bu hadisəni böyük nailiyyət kimi dəyərləndirib. ATU-nun rektoru Gəray Gəraybəyli bildirib ki, belə nüfuzlu müsabiqənin qalibi olmaq digər tələbələrimiz də daha böyük uğurlara imza atmaları həvəsləndirəcək. O, hər kəsə güclü fəxarət hissi yaşadan, ATU-nun adını beynəlxalq arenada ləyaqətlə təmsil edən tələbə və müəllimlərə təşəkkür edib və onlar gələcəkdə yeni uğurlar arzulayıb.

 

Qeyd edək ki, ötən ilin dekabrında Səmərqənddə keçirilən Tibb Universiteti Tələbələrinin IV Beynəlxalq Olimpiadasının nəticəsinə əsasən, ATU-nun tələbələri müxtəlif kateqoriyalar üzrə ilk yerləri tutublar. II Müalicə-profilaktika fakültəsinin tələbəsi Gülgün Məmmədli I, Stomatologiya fakültəsinin tələbələri Süsən Yaqubova və Emel Mahalova II, I Müalicə-profilaktika fakültəsinin tələbəsi Tamara Mahalova isə III yerə layiq görülüblər.

 

Rektor ilə görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, TEC-in sədri, doesnt Müşfiq Həsənov iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev