JAMA Network Open: Gecə işığı ilə görmə itkisi arasında əlaqə öyrənilib
23.01.2024 08:32

Cənubi Koreyanın Jeju Milli Universiteti Tibb Kollecinin alimləri müəyyən ediblər ki, gecə işığının yüksək səviyyəsi yaşlı insanlarda görmə itkisinin əsas səbəbi olan yaşa bağlı makula degenerasiyasının sürətlənməsi ilə əlaqələndirilir.


Aztibb.az xəbər verir ki, müvafiq hesabat “JAMA Network Open” jurnalında dərc olunub.


Tədqiqatçılar yaşı 50-dən yuxarı olan 126 mindən çox koreyalının məlumatlarını təhlil ediblər. Demək olar ki, 4100 nəfərə makula degenerasiyası diaqnozu qoyulub. Bu insanların yaşadıqları yerlər gecə işığının səviyyəsini göstərən peyk şəkilləri ilə müqayisə edilib.


Məlum olub ki, ən yüksək səviyyədə süni açıq işığın olduğu şəhər yerlərində yaşayan yaşlı yetkinlərdə, süni işığın ən aşağı səviyyədə olduğu ərazilərdə yaşayanlara nisbətən makula degenerasiyasının inkişaf ehtimalı 2,17 dəfə çoxdur. Gecə vaxtı süni işıqlandırmanın aşağı səviyyədə olduğu ərazilərdə risk 12 faiz artıb.


Əlavə amillər - piylənmə, siqaret və alkoqol istehlakı - həmçinin gecə açıq havada işıqlandırma ilə yaşa bağlı makula degenerasiyası arasındakı əlaqəni gücləndirir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib