Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir
18.01.2024 11:23

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəmkir filialının müdiri vəzifəsi üzrə açıq vakansiya elan edir.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, qurum üçün uyğun namizəd:

 

  • Ali tibb təhsili;

  • 5 ildən az olmayaraq ümumi əmək stajı (ən az 2 il rəhbər təcrübəsi dövlət müəssisələrində);

  • İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;

  • Ofis proqramları üzrə biliklər.

  • İntizamlılıq və nəticəyönümlülük;

  • Ünsiyyət və təşkilatçılıq bacarığı;

  • Stressə qarşı davamlılıq;

  • Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.

 

Agentlik nə təklif edir?:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

 

Namizədin görəcəyi işlər:

  • Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;

  • Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;

  • Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;

  • Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;

  • Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;

  • Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;

  • Heyətə effektiv rəhbərliyin təmin edilməsi;

  • Filialın səmərəli işinin təmin edilməsi;

  • Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə  mütəmadi hesabatın təmin edilməsi.

 

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

 

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 31.01.2024-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır