Qaz zəhərlənməsi zamanı ilk tibbi yardım
30.10.2020 13:50

Son illər qış aylarında qaz zəhərləmələrini nəzərə alaraq bu kimi zəhərlənmələr zamanı ilk tibbi yardım olduqca vacibdir.

 

Qaz zəhərlənmələri müxtəlif cür qazlardan meydana çıxa bilir. Bu zəhərlənmələrin bir-neçə növü vardır:

 

- təbii qazdan əmələ gələn;
- karbonmonoksiddən meydana çıxan;
- qaz yağı zəhərlənməsi;
- kömürün yanmasından əmələ gələn zəhərlənmələr və s.

 

Qazın iysiz, rəngsiz, dadsız olması onun orqanizmə rahat daxil olmasına və zəhərlənmənin asanlıqla öz işini görməsinə səbəb olur. Bəzən qaz zəhərlənmələrinə "səssiz ölüm" deyilməsi öz adını buradan götürüb. Bu kimi zəhərlənmələrə adətən, tərkibində karbon qazı olan vasitələrin havalanma sistemi pis olduğu məkanlarda rast gəlinir. Məsələn, kömür mədənlərində, qarajlarda, düzgün quraşdırılmamış hamamlarda və s. Zəhərlənmələr bəzən sobanın karbon qazı çıxan borusundan, külək qazı geri qaytardığı zaman da ola bilər.

 

Zəhərlənmələr zamanı ölüm halları necə baş verir?


Karbonmonoksid qazı tənəffüs yollarından ağciyərlərə daxil olur və ağciyərlər vasitəsilə sorularaq qana keçir. Qanda toxumalara oksigen daşıyan hemoqlabinə qatılır və 200 qat daha artıq sürətlə karboksihemoqlobinə çevrilir. Nolmal halda oksigenohemoqlabin şəklində qana oksigen daşıyan hissəciklər zəhərlənmə zamanı karbon monoksid qazını daşıyır. Bu zaman əvvəlcə baş beyin olmaqla bütün orqanlar zəhərlənir və geri dönüşü olmayan zədələnmələr baş verir, nəticədə insan ölür.

 

Qaz zəhərlənməsi baş verdikdə ilk tibbi yardımın göstərilməsi qaydaları


Qaz zəhərlənməsi baş verdiyi halda, ilk növbədə qapı-pəncərələr açılmalı, evin və ya məkanın havası dəyişilməlidir. Zəhərlənən adamı oksigenlə təmin etmək üçün oksigen balışı və ya süni tənəffüs vermək lazımdır. Xəstənin bədənini ovuşdurmaq və dabanlarının altını fırça ilə fırçalamaq onun sinirlərini oyadır və xəstənin ayılmasını tezləşdirir.

 

Bundan əlavə, qazdan zəhərlənən adamın paltarlarını dəyişmək də xəstənin rahatlanmasına kömək edir. Çünki adətən zəhərli qazın iyi xəstənin paltarlarına da hopmuş olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib