Bruksizm - Xəstəliyin səbəbləri, diaqnozu və müalicəsi
17.01.2024 13:19

Ağız və üz-çənə cərrahiyyəsi mütəxəssisi Dr. Necla Güldiken diş sıxma (bruksizm) ilə bağlı bəzi fikirlərə aydınlıq gətirib.

Aztibb.az “Haber Türk”ə istinadən xəbər verir ki, bruksizm, tərifinə görə, dişlərin qeyri-iradi sıxılması və ya qıcırdadılmasıdır və bu, parafunksional (funksional olmayan) bir hərəkət olaraq qəbul edilir. Xalq arasında diş sıxma kimi də tanınır.

Həkim görülə bilən əlamətlərdən danışıb: "Bruksizmin əlamətləri çənə əzələlərində ağrı, həddindən artıq büzülmə, yorğunluq və çənələrdə sərtlik hissi, gələcəkdə isə dişlərdə və çənə sümüyündə aşınmadır. Bu qulaq önündə çənə funksiyaları zamanı xəstənin və ya həkimin eşitdiyi səslə özünü göstərə bilər.”

Dişləri sıxma hərəkəti günün istənilən saatında baş verə bilər, lakin daha çox yuxu zamanı görülür. Bəzən insan bunun fərqində belə olmur. Buna görə bruksizm bir baxımdan yuxu pozğunluğu olaraq təsnif edilir.

Diş sıxma diaqnozunun necə qoyulduğunu açıqlayan həkim, "Yuxarıda qeyd olunan şikayətlərlə müraciət edən xəstələrin diaqnozu daha çox üz-çənə cərrahı, protez diş həkimi, fizioterapevt və ortodontistlər tərəfindən qoyulur" deyib.

“Müalicə olunmayan bruksizmin müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bu vəziyyət müalicə edilməli bir problem olaraq görülməli və oxşar şikayətləri olan şəxslər mütləq lazımi səhiyyə qurumlarına müraciət etməlidirlər, əks halda müalicə olunmayan bruksizm qalıcı çənə oynaq deformasiyalarına səbəb ola bilər", – deyə həim qeyd edib.

Dişlərin daimi aşınması baş verərsə, bu vəziyyətin müalicəsi bir sıra sadədən mürəkkəbə qədər müalicə üsullarının tətbiqi ilə həyata keçirilir. Belə müalicə multidisiplinar yanaşma tələb edir, bu zaman bir çox mütəxəssis həkimlərə müraciət edilməlidir.

Müalicə adətən diş qoruyucu vasitələrin və dərmanların istifadə edildiyi və fiziki müalicə məşqlərinin tətbiq olunduğu qoruyucu yanaşmalarla başlayır. Sonrakı addım oynaq və ya əzələdaxili botoks, lokal anesteziya kimi iynələrdir.

Bundan əlavə oynaq daxili hissəsinin fiziki yuyulması digər minimal invaziv cərrahi üsuldur və bu üsullar nəticə vermədikdə, oynaq əməliyyatları və nevropatik ağrı müalicələrindən istifadə edilə bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub