İnsan təkamülü iqlim dəyişikliyinin qarşısını alır
05.01.2024 11:02

Men Universitetinin araşdırmasına görə, insanın adaptasiya və resurslardan istifadə qabiliyyəti iqlim dəyişikliyi ilə mübarizədə mənfi təsir göstərə və uğura aparan təkamül prosesləri qlobal ekoloji problemlərin həllində maneə ola bilər.


Aztibb.az “Philosophical Transactions” nəşrinə istinadən xəbər verir ki, alimlər cəmiyyətimizin üzləşdiyi ekoloji böhranların insan qruplarının böyüməsini və genişlənməsini təşviq edən təkamül proseslərinin nəticəsi ola biləcəyini təklif ediblər. Bunu daha dərindən dərk etmək üçün bizim mövcud olduğumuz ekoloji mühitdəki dəyişiklikləri öyrəniblər.


Tədqiqat müəyyən edib ki, ətraf mühitə nəzarət etməyə yönəlmiş mədəni xüsusiyyətlər bizim təbiətə təsirimizi artırmağa kömək edir. Bununla belə, insanların ətraf mühitdən intensiv istifadə etdiyi kontekstdə ekoloji davamlılığı qorumaq üçün hüquqi və texniki sistemlər də daxil olmaqla qlobal mədəni dəyişikliklər tələb olunur.


Alimlər ekoloji fəlakətlərin qarşısını almaq üçün bəşəriyyətin mədəni təkamül modellərinin dəyişdirilməsi zərurəti ilə bağlı fərziyyə irəli sürüblər. Onlar bu vəziyyətin mənfi nəticələrinin qarşısının alınmasına və ölkələr arasında rəqabətin azaldılmasına yönəlmiş proqram və siyasətlərin hazırlanmasının vacibliyini vurğulayıblar.


Bu araşdırma planetimiz və onun sakinləri üçün davamlı gələcəyi təmin etmək üçün inkişafa və təkamülə yanaşmalarımızı yenidən nəzərdən keçirməyin zəruriliyi barədə xəbərdarlıq edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub