“COVID-19” xəstələrini izləyən sistem yaradılıb
08.07.2020 00:18

Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi geolokasiya və mobil rabitə operatorlarının məlumatları əsasında koronavirusa yoluxanların izlənilməsi qaydalarını hazırlayıb.

 

“SecurityLab” resursunun məlumatında bildirilir ki, qaydaların əsasını Səhiyyə Nazirliyinin “COVID-19” xəstəsinin telefon nömrəsi haqqında məlumatları təşkil edəcək. Bundan sonra xüsusi alqoritmlər xəstə ilə birlikdə olan, eləcə də mobil rabitə vasitəsilə yoluxmuş şəxslə əlaqə yaradan insanların siyahısını tərtib edəcək.

 

Siyahı abunəçilərin birlikdə keçirdikləri vaxt və müşahidə olunan dövr ərzində hərəkət xüsusiyyətləri haqqında məlumatları nəzərə alınaraq dəqiqləşdiriləcək.

 

Nəticədə xəstə ilə birbaşa ünsiyyət zamanı “COVID-19”-a yoluxma riskinə məruz qalan abunəçilərin telefon nömrələrinin siyahısı yaradılacaq. Əldə olunan məlumatlar Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin informasiya resurslarında mərkəzləşdirilərək Rusiya Federasiyasının operativ qərargahlarına, Rusiya Qvardiyasına, Daxil İşlər və Səhiyyə nazirliklərinə göndəriləcək.

 

Hökumət rəsmilərinin sözlərinə görə, “COVID-19” xəstələri ilə təmasda olanların mobil telefonlarının məlumatları əsasında izlənilməsi onların hüquqlarını pozmur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır