Vitreoretinal cərrah Tural Qəlbinur Pakistanda xüsusi mükafatlarla təltif olunub
29.12.2023 10:22

Azərbaycan Tibb Universitetinin (ATU) Oftalmologiya kafedrasının dosenti, t.e.d. Tural Qəlbinur bu günlərdə Pakistanın Lahor şəhərində keçirilən 41-ci Beynəlxalq Oftalmologiya və 7-ci Asiya Sakit Okean regionu ölkələri Travmatoloji Cəmiyyətinin konfranslarında iştirak edib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, professor Hussain Ahmed Xaqanın dəvəti ilə Pakistanda olan T.Qəlbinur 4 maraqlı mövzu ilə çıxış və 1 paneldə moderator kimi iştirak edib. O, konfransda xüsusi mükafatlarla təltif olunub.

 

T.Qəlbinurun sözlərinə görə, Pakistanda keçirilən tədbir 2023-cü ilin son beynəlxalq oftalmoloji konfransı olub. Ümumiyyətlə, bu il ərzində o, Misir, Qırğızıstan, Özbəkistan, İtaliya və Türkiyədə keçirilən beynəlxalq konfranslara ardıcıl olaraq dəvətli məruzəçi kimi qatılıb.

 

Qeyd edək ki, Tural Qəlbinur 2001-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2002-2005-ci illərdə Türkiyə Cümhuriyyətində Qureba Vəqfi Təhsil və Araşdırma Xəstəxanasının Göz xəstəlikləri kafedrasında, 2006-2008-ci illərdə İsrailin Hadassah-Hebrev Tibb Universitetində və 2008-2010-cu illərdə Kanadanın Toronto Universitetində vitreoretinal cərrahiyyə üzrə təhsil alıb. Azərbaycan Oftalmologiya Cəmiyyətinin, Türk Oftalmologiya Dərnəyinin, Amerika Vitreoretinal Cərrahlar Cəmiyyətinin, Avropa Vitreoretinal Cəmiyyətinin, Misir və digər ölkələrdə fəaliyyət göstərən vitreoretinal cərrahiyyəyə bağlı dərnəklərin üzvüdür.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev