Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb  
30.09.2026 16:39

Türkiyənin Ankara Universiteti və Türkiyə İnkişaf Pediatriyası Dərnəyinin təşkilatçılığı ilə keçirilən 3-cü İnkişaf Pediatriyası Konqresində TƏBİB nümayəndələri iştirak ediblər.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, konqresdə “Azərbaycan Respublikasında Universal Proqressiv Ev Ziyarəti Modelinin Tətbiqi” mövzusunda Respublika Pediatriya Mərkəzinin nəzdindəki Uşaq Bərpa Mərkəzinin həkim-nevroloqu Təranə Seyid-Məmmədova təqdimatla çıxış edib. Təqdimatda hamilə və zahı qadınlara, eləcə də 0-3 yaşlı uşaqlara göstərilən patronaj modelinin inkişafı, ilkin pilot mərhələdən milli səviyyədə genişləndirilməsinə qədər keçdiyi yol, ilkin qiymətləndirmənin nəticələri, eləcə də modelin uşaqların sağlamlığı və erkən inkişafının, ailələrin və hamilə qadınların dəstəklənməsində rolu təqdim olunub.

 

Təqdimat konqresin “Modellər” kateqoriyasında I yerə layiq görülüb. Bu nəticə TƏBİB tərəfindən ana və uşaq sağlamlığı, eləcə də erkən uşaq inkişafı sahəsində göstərdiyi xidmətlərin və görülən işlərin beynəlxalq elmi platformada təqdim olunması və yüksək qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

 Konqres çərçivəsində əldə olunan elmi və peşəkar təcrübənin, eləcə də Azərbaycanda hamilə və zahı qadınlara və 0-3 yaşlı uşaqlara göstərilən patronaj xidmətinin, 2027-ci ilin dekabr ayında İnkişaf Pediatrları Beynəxalq Assosiasiyasının 7-ci Konqresində təqdim olunması planlaşdırılır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Diabet və böyrəklər: səssiz təhlükə
Oromandibulyar distoniya nədir?