Niyə orta qulaq infeksiyası xüsusilə uşaqlarda baş verir?
29.12.2023 11:52

Xüsusilə uşaqlarda ən çox görülən xəstəliklərdən biri olan orta qulaq infeksiyası müalicə edilmədikdə eşitmə itkisinə qədər nəticələrə səbəb olur. Orta qulaq infeksiyaları tez-tez yuxarı tənəffüs yollarının infeksiyalarının artdığı payız və qış aylarında müşahidə olunur.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, havalar soyuduqca yuxarı tənəffüs yollarının infeksiyalarında ciddi artım müşahidə olunur. Bütün yaş qruplarında görülən bu xəstəlikləri bəzi insanlar asanlıqla sovuşdurarkən, bəzilərində digər xəstəliklərin qapısını açır. Eynilə orta qulaq infeksiyası kimi.

Xüsusilə uşaqlarda çox rast gəlinən bir sağlamlıq problemi olan orta qulaq infeksiyasına laqeyd qalına bilməz. Çünki səbəb olduğu ağrı bir yana, müalicə olunmayan orta qulaq infeksiyası eşitmə itkisinə və hətta meningitə səbəb ola bilər.

Bəs niyə orta qulaq infeksiyası xüsusilə uşaqlarda baş verir?

Marmara Universitetinin professoru Çağatay Öysu bunula bağlı mühüm məqamlara diqqət çəkib: “Uşaqlarda anatomik quruluş fərqinə görə orta qulaq infeksiyasına meylli olurlar. Orta qulağı burnun arxasındakı böyük hissəyə bağlayan boru var. Bu borunun anatomik xüsusiyyətləri uşaqlarda burun və burun keçidlərindəki infeksiyanın daha tez orta qulağa çatmasına səbəb olur və buna görə də daha tez yoluxurlar”.

Həkim xəstəliyin əlamətlərini belə təsvir edib: “Xəstəlik orta qulaq boşluğunda maye toplanması, qulaqda dolğunluq hissi, ağrı, qızdırma və eşitmə itkisi ilə özünü göstərir. Yetkinlər uşaqlar kimi həyatları boyu dəfələrlə yuxarı tənəffüs yollarının infeksiyaları ilə qarşılaşırlar. Buna baxmayaraq, orta qulaq infeksiyaları uşaqlarda böyüklərə nisbətən daha çox rast gəlinir”.

Qeyd edib ki, uşaqlarda anatomik quruluş fərqliliyinə görə orta qulaq infeksiyasına meyl var. Orta qulağı burnun arxasındakı böyük hissəyə bağlayan borunun anatomik xüsusiyyətləri uşaqlarda burun və burun keçidlərində olan infeksiyanın orta qulağa daha tez çatmasına imkan verir və buna görə də onlar daha tez yoluxurlar.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər