Virus üzərində qələbə! Alimlər HİV-ə qarşı peyvənd yaradacaqlarına əmindirlər
28.12.2023 13:48

2030-cu ilə qədər Çin alimləri rus alimləri ilə birlikdə HİV-ə qarşı peyvənd yaratmağı planlaşdırırlar. Mütəxəssislər artıq aydın fəaliyyət planını müəyyən ediblər.


Aztibb.az “Arqumentı i faktı” nəşrinə istinadən xəbər verir ki, Moskva səhiyyə sisteminin Çindən olan tərəfdaşlarla birgə işi beş ildən çoxdur davam edir. Moskva və Pekində QİÇS və yeni çağırışlarla mübarizə sahəsində əməkdaşlıq edən xəstəxanalar şəbəkəsi yaradılıb.


“Son üç il ərzində HİV problemlərindən başlayaraq COVID-19-a qədər mübarizəni davam etdirərək əməkdaşlığımızı genişləndirmişik. Birgə işin həyati əhəmiyyət daşıdığını desəm, mübaliğə etmərəm. Ümid edirik ki, 2030-cu ilə qədər HİV infeksiyasına son qoyulacaq”, - Pekindəki Çin Xəstəliklərin Qarşısının Alınması Mərkəzinin eksperti professor Yiming Şao Moskvada keçirilən görüşdə deyib.


“Moskva dünya paytaxtları arasında elə bir şəhərdir ki, burada bir sıra səbəblərə görə İİV infeksiyasının yayılması adətən ölkə üzrə orta göstəricidən yüksəkdir. Moskva bu baxımdan qeyri-adidir: faiz baxımından burada bu rəqəm Rusiyadakı orta göstəricidən aşağıdır”, - tədqiqat qrupundan bildirilib.


Gələn il Rusiya və Çin arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünün qeyd ediləcəyi zaman iki ölkənin alimləri və həkimlərinin birgə tədqiqatları daha da genişləndiriləcək.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib