Vibrasiya vasitəsilə toxluq hissi yaradan həb ixtira edilib
27.12.2023 14:38

Asan yolla arıqlamaq hər kəsin arzusu olsa da, bu mümkün deyil. Lakin alimlər buna çarə tapmaq üçün titrəyici həb yaradıblar.


Aztibb.az "TRT Haber"ə istinadən xəbər verir ki, yeməkdən əvvəl udulan bu dərman toxluq hissi verir.


İnsanlar üzərində hələ lazımi sınaqlar aparılmasa da, ilk təcrübələr donuzlar üzərində aparılıb. Məlum olub ki, həbi udduqdan yarım saat sonra donuzlar yedikləri yeməyin miqdarını orta hesabla 40 faizə qədər azaldıblar.


Alimlər bildirirlər ki, bu həb mədədəki gərginlik reseptorlarını aktivləşdirir və bu da orqanizmin orada qida varmış kimi hərəkət etməsinə səbəb olur.


Araşdırmalara görə, vagus siniri vasitəsilə beyindəki hipotalamusa göndərilən siqnallar toxluq hissi yaradır və aclığı yatıran hormonların səviyyəsini artırır.


Udulmuş kapsuldakı bir batareya tərəfindən təmin edilən vibrasiya ya bir taymer, ya da həb ətrafındakı membranı məhv edən mədə turşusu ilə təsirlənir.


Alimlər deyirlər ki, bu akkumulyator normal və problemsiz bağırsaqdan xaric ola bilir. Onlar həmçinin əlavə ediblər ki, böyük vitamin ölçüsündə olan həb müvəqqəti müalicə olacaq.


Bununla belə, onların başqa fikri də var: insanların bu həbi davamlı qəbul etməməsi üçün mədəyə oxşar funksiyaya malik implant yerləşdirmək.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər