Nə üçün kişilərə sıx alt paltarı geyinmək tövsiyyə olunmur?
02.01.2024 10:08

Bioloji aktiv toxuma olan xayalar həm spermatozoidlərin hazırlanmasını həm də cinsi hormon olan testosteronun əsas mənbəyidir. Yəni spermatozoidlər tamamilə, testosteronun isə əsasən xayalarda hazırlanır.

 

Aztibb.az xəbər verir ki, uroloq, androloq Ziyad Əliyev sıx alt paltar geyinməyin varikosel xəstəliyi qədər xayalara mənfi təsirindən danışıb.


Xayalar bütün digər orqanlarda fərqli olaraq bədənin xaricində, xüsusi yataqda – xayalıqda yerləşir. Burada onlar özlərini normal, komfortlu hiss edirlər. Orqanzmin bütün digər orqan və tocumalarından fərqli olaraq xayalığın dərisi altında piy təbəqəsi yoxdur. Yəni, təkamül prosesində xayalıq, yaxud xaya kisəsi piydən azad olub. Onun yerinə isə xayalığın dərisi altında ətli qişa adlanan, ətraf mühitə çox həssas və tez reaksiya vermək qabiliyyəti qazandıran qəbəqə var.


Həkim qeyd edib ki, xayalığın daxilində gedən bütün bioloji proseslər, bu prosesləri idarə edən fermentlər, kofermentlər, androgen birləşdirən zülallar, trensmembran G – zülallar yalnız bədən temperaturundan 3 – 4 C aşağı temperaturda fəaliyyət göstərir. Yəni xayalığı temperaturu artarsa dərisi boşalır, sallanır ki, optimal temperauru təmin etsin xayalar üçün. Əksinə ətraf mühitdə temperatur aşağı düşərsə xayalığın dərisi yığılır. Bir sıra xəstəliklər zamanı xayalığın temperaturu artır. Nətiəcədə isə xayalığın funksiyası pozulur.


“Sıx alt paltar geyindikdə də xayalarda termorequlyasiya pozulur. Yəni, bu zaman xayalar bədənə sıx yapışır və temperaturu daima bədən temperaturu olur. Bədən temperaturunun təsirindən qlikozaminqlikan adlanan bu zülallar denaturasiya uğrayır. Yəni, öz təbii qruluşunu dəyişir. Bu zülalların pıxtalaşması spermatozoidin yumurtahüveyrəni tanımasını və reaksiya qabiliyyətini əngəlləyir. Nəticədə mayalanma baş tutmur”, - deyə uroloq vurğulayıb.


Eyni zamanda xaya daxilində gedən bir çox bioloji proseslər zəifləyir. Nəticədə spermatozoidlərin əmələ gəlmə prosesi də pozulur, onların sayı azalır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib