Ayova Universitetinin alimləri: Kafe və restoran yeməkləri bir çox xəstəliklərə yol açır
30.12.2023 10:32

ABŞ-ın Ayova Universitetinin alimləri gündə iki dəfədən çox müntəzəm olaraq yemək yeməyin xərçəng, ürək-damar xəstəlikləri və digər xəstəliklərdən ölüm riskinin artması ilə əlaqəli olduğunu müəyyən edən araşdırma aparıblar.


Aztibb.az xəbər verir ki, nəticələr “Academy of Nutrition and Dietetics” jurnalında dərc olunub.


Bu araşdırma üçün tədqiqatçılar 1999-2014-cü illər arasında Amerikalıların Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunda iştirak edən 35,084 yetkin insan haqqında məlumatlardan istifadə ediblər.


Əvvəlcə alimlər xüsusi anketlər vasitəsilə iştirakçıların yemək vərdişləri haqqında məlumat toplayıblar.


Müşahidə dövründə 2781 nəfər dünyasını dəyişib. Onlardan 511 nəfəri ürək və damar xəstəliklərindən, 638 nəfəri xərçəngdən, qalanları isə müxtəlif səbəblərdən, o cümlədən müxtəlif xəstəliklərdən dünyasını dəyişib.


Yaş, cins, irq, sosial-iqtisadi vəziyyət, həyat tərzi və bədən kütləsi indeksi kimi faktorlar nəzərə alınmaqla, gündə iki dəfədən çox evdən kənarda qida qəbul edən iştirakçıların ciddi xəstəliklərdən ölmə ehtimalının daha yüksək olduğu müəyyən edilib.


Qeyd etmək lazımdır ki, tədqiqat müəllifləri kafe və restoranlarda hazırlanan bütün yeməklərin zərərli olması barədə qəti nəticə çıxarmayıb. Onlar inanmağa meyllidirlər ki, orqanizmə mənfi təsir bir çox insanların yağlı, şirin və yüksək kalorili qidalara, həmçinin duzu yüksək olan qidalara üstünlük verməsi ilə bağlıdır. Bu yemək vərdişləri piylənmə, diabet və ürək-damar xəstəliklərinə səbəb ola bilər.


Tədqiqatçılar vurğulayıblar ki, evde deyil, kafe və restoranlarda yeməklə xərçəng və demans kimi müxtəlif xəstəliklər arasında əlaqəni təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər