Yaponiyalı alimlər beyin funksiyasını 3 dəqiqə ərzində yaxşılaşdırmağın yolunu tapıblar
24.12.2023 18:28

Yaponiyada yerləşən Tsukuba Universitetinin alimləri ritmik musiqi ilə fiziki məşqlərin beynin icra funksiyalarını, o cümlədən yaddaşı, diqqəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyini göstərən araşdırma aparıblar.


Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri “Neuroscience” jurnalında təqdim olunub.


Əvvəlki təcrübələr artıq göstərib ki, ritmik musiqiyə çox həssas olanlar belə musiqi dinləməklə prefrontal korteksin funksionallığını yaxşılaşdırıblar. Yeni işdə alimlər musiqi və fiziki fəaliyyətin birləşməsinin bu effekti necə artıra biləcəyini anlamağa çalışıblar.


Tədqiqatda 18-26 yaş arası 48 sağlam insan iştirak edib. Üç dəqiqə ərzində onlar aşağı intensivlikli aerobik məşq edib, həmçinin ritmik musiqi dinləyiblər.


Məşq zamanı bədənlərinin buna reaksiya verdiyini və emosional oyanma yaşadığını görənlər üçün mütəxəssislər beynin sol dorsolateral prefrontal korteksində diqqət, yaddaş və düşüncə ilə əlaqəli aktivliyin artdığını aşkar ediblər. Alimlər izah ediblər ki, bu, konkret məqsədə çatmaq üçün lazım olan hərəkətləri planlaşdırmağa və diqqəti müəyyən bir mövzuya yönəltməyə imkan verəcək.


Yaponiyalı elm adamları hesab edirlər ki, tapıntılar beyin funksiyasını yaxşılaşdırmağa kömək edəcək xoş, asan və təsirli məşqlər hazırlamaq üçün faydalı ola bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub