Professordan xəbərdarlıq: Başa vurulan hər zərbə ciddi riskdir
24.12.2023 09:31

Beyin zədələnməsi ilə bağlı dünyaca məşhur tədqiqatlar aparan, Massaçusets Ümumi Xəstəxanasında nevroloq kimi çalışan və TÜBA Akademiya Mükafatı sahibi, professor Cenk Ayata baş travmasının səbəb ola biləcəyi riskləri açıqlayıb.


Baş travmasının müxtəlif səviyyələrdə olduğuna diqqət çəkən C.Ayata, şüur itkisi olan və ya olmayan yüngül baş travmalarında MRT, KT kimi görüntüləmə üsulları ilə beyində meydana gələ biləcək hər hansı zədənin təsbit edilə bilməyəcəyini söyləyib.


Kəllə sümüyünün sınığı olmayan ikinci dərəcəli travmalarda görüntüləmə üsulları ilə beyində bəzi zədələrin təsbit edilə biləcəyini izah edən C.Ayata, 3-cü dərəcəli kəllə travmalarının ciddi beyin zədələnməsinə səbəb olduğunu və buna kəllə sınığı, güllə yarası kimi vəziyyətlərin də daxil olduğunu qeyd edib.


C.Ayata vurğulayıb ki, kəllə-beyin travmasının dərəcəsi və növü də beyin zədəsinin dərəcəsini müəyyən edir:


"Şüur itkisi ilə müşayiət olunan və ya olmayan yüngül kəllə-beyin travmalarında beyin funksiyalarında struktur pozğunluqları baş verir. Baxmayaraq ki, görüntülərdə beyin zədəsi görünmür. Lakin bu, yalnız mikroskopik müayinələrdə aşkar edilə bilər. Baş travması bir neçə müddətə davam edən sarsıntı əlamətlərinə səbəb ola bilər".


Bu nöqtədə önəmli olan baş travmasının təkrarlanmasının olmamasıdır. Əgər bir dəfə kəllə-beyin travması almış şəxs ikinci dəfə kəllə-beyin travması alırsa, istər yüngül, istərsə də güclü olsun, beyin zədələnməsi dəyən zərərdən bir neçə dəfə çox olur. İlk travma ilə qalıcı ziyan riski çox olur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər