Diyetoloq daimi aclığın mümkün səbəbləri haqqında danışıb
21.12.2023 12:57

Diyetoloq və sağlam qidalanma haqqında kitabların müəllifi Rob Hobson bildirib ki, daimi aclıq hisslərinin səbəbi yuxusuzluq, stress, şirniyyat və çips kimi karbohidratlı qidalardan sui-istifadəsi ola bilər.

Aztibb.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mütəxəssis yuxusuzluğun iştahın artması ilə birbaşa əlaqəli olduğunu bildirib. Xüsusilə, keyfiyyətsiz yuxu və ya qeyri-kafi yuxu mədədə qrelin istehsalını stimullaşdırır ki, bu da beyinə yemək ehtiyacı barədə siqnal verir. Eyni zamanda, toxluq hissindən məsul olan başqa bir hormon olan leptinin sintezi də maneə törədir.

R.Hobson həmçinin qeyd edib ki, qısamüddətli stress böyrəküstü vəzilər tərəfindən adrenalin ifrazına səbəb olur və bu, aclıq hissini müvəqqəti olaraq yatırır. Ancaq xroniki stress ilə bədəndə kortizolun konsentrasiyası artır. Bu hormon adrenal korteksdə də istehsal olunur, iştahı stimullaşdıra bilir.

Pis yemək vərdişləri də aclığı artıra bilər. Diyetoloq izah edib ki, bəzi insanlar bişmiş məmulatlar, şokolad, dondurma, fast food və çips kimi çox yağlı və şəkərli qidalar qəbul edirlər. Belə qidalarda çoxlu karbohidratlar və az miqdarda lif var - həzm üçün faydalı olan həzm olunmayan liflər.

Bu cür xüsusiyyətlərə malik qidalar bədən tərəfindən tez əmilir və qan şəkərinin səviyyəsinin sonrakı kəskin azalmasına səbəb olur, bu da aclığı artırır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər