Alimlər Oxot dənizinin "ağciyərlərini" qiymətləndiriblər
21.12.2023 07:08

Saxalin Dövlət Universitetinin alimləri Oxot dənizindəki Aniva körfəzinin səthində xlorofil-a-nın yayılması ilə bağlı araşdırma aparıblar.

Aztibb.az “RİA Novosti”yə istinadən xəbər verir ki, universitetin məlumatında bildirildiyi kimi, akvatoriyada bu maddənin konsentrasiyası karbonun udulması və basdırılma səviyyəsinin, həm də dəniz ekosistemlərinin vəziyyətinin göstəricisidir.

Alimlər vurğulayıblar ki, dəniz ekosistemlərinin vəziyyəti Yerin iqliminə təsir edir və bilavasitə planetdəki karbon balansından asılıdır.

Tədqiqatın həmmüəlliflərindən biri, Saxalin Dövlət Universitetinin (SDU) professoru Vladimir Pişşalnik belə izah edib: “Oxot dənizini fitoplankton kimi mikroskopik bitkilərin həyati orqan rolunu oynadığı nəhəng bir akvarium kimi təsəvvür edə bilərsiniz.

Bu mikroorqanizmlər işıq enerjisini kimyəvi enerjiyə çevirmək, sudan və havadan karbon qazını (CO2) oksigenə və qida maddələrinə çevirmək üçün xlorofil-a-dan istifadə edirlər.

Alimlər ekologiya, iqlimşünaslıq, okeanoqrafiya və uzaqdan zondlama metodlarından istifadə edərək Oxot dənizindəki Aniva körfəzinin səth qatında xlorofil konsentrasiyasının məkan-zaman dəyişkənliyini təhlil ediblər.

Tədqiqat xlorofil-a konsentrasiyalarında dəyişikliklərin dəniz ekosisteminə və iqlim proseslərinə təsirini öyrənmək məqsədi daşıyıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub