Uşaqların xəstəliklərə qarşı güclü olması üçün sağlam, balanslı və nizamlı qidalanmalarına fikir verilməlidir
16.12.2023 14:15

Qızılcanın və digər virusların yayıldığı ərəfədə orqanizmin yad amillərə, infeksiya törədicilərinə qarşı dözümlülüyü müdafiəsi olaraq bilinən immunitet sistemi uşaqlarda təxminən 2 aylıq olduqda formalaşmağa başlasa da, bu 8-14 yaşlara qədər davam edir. Yəni uşaqlarda immun sisteminin zəifliyi onun formalaşmaqda olması, tam yetkin olmaması ilə izah olunur. Yaşlı insanlarda isə digər toxumalar kimi immun sistemi də qocalır.

 

Aztibb.az "TRT Haber"ə istinadən xəbər verir ki, ekspertlərin bildiridiyinə görə, kifayət qədər və balanslı təbii qidalardan istifadə etməklə, uşaq və qocanın immun sistemini gücləndirmək və xəstəliklərə qarşı dözümlülüyünü artırmaq mümkündür.


Uşağın immunitet sisteminin möhkəmləndirilməsi üçün tətbiqi məsləhət görülən təbii üsullar:


Kefir və meyvə qarışımı
Gündə 1 çay stəkan təbii kefir qəbulu immunitet sistemini dəstəkləyir. Ancaq uşaqların kefiri asan içə bilmələri üçün biraz meyvə püresi əlavə etmək məsləhətdir.


Qızılbalıq
Omeqa 3 yağ turşuları baxımından zəngin qida olan və uşaqların beyin inkişafını dəstəkləyən qızılbalıq bədəni infeksiyalara qarşı qoruyur.


Bəhməz
Bəhməz immuniteti gücləndirir və qanazlığı azaldır.


Kivi
Kivi digər meyvələrlə müqayisədə C vitamini zəngin olduğu üçün immunitet sistemini gücləndirir.


Evdə hazırlanmış qatıq
Yüksək probiotik tərkibli qidalar uşaqların immunitet sistemini məhkəmləşdirir və çoxlu xəstəliklərin qarşısını alır. Bu səbəbdən uşaqların gündə bir kasa evdə hazırlanmış qatıq istehlakı məsləhətdir. İnək südünə qarşı allergiyası olan uşaqlara keçi südündən hazırlanan qatıq yedizdirə bilərsiniz.


Banan və qatıq
Uşaqlara immunitet sistemlərinin qorunması üçün gündə 1 kasa evdə hazırlanmış qatığa bir ədəd banan doğruyaraq yedizdirilməlidir.


Zəncəfil və sarıköklü qatıq
Evdə fermentasiya edilmiş bir kasa qatığa 1 çay qaşığı zəncəfil və 1 çay qaşığı sarıkök əlavə edərək uşaqlara yedizdirmək onların immunitet sistemini gücləndirir və qış mövsümünü xəstə olmadan keçirmələrinə kömək edər.


Sarımsaq
Sarımsaq antibakterial xüsusiyyətlərinə görə immuniteti gücləndirir və orqanizmin müqavimətini artırır. Bronxial astma xəstəliyinə tutulma riskini azaldır. Bu xüsusiyyətlərinə görə sarımsaq yeməklərə, salatlara, qatığa əlavə edilərək hər gün istehlak edilə bilər.


Yulaf
Səhər yeməyində uşağa zəngin lif tərkibi ilə ən faydalı qidalardan biri olan yulafı südlə qarışdırıb, E vitamini mənbəyi olan badam və yarım banan əlavə edib, blenderdən keçirdikdən sonra içirmək immunitet sistemini gücləndirir və xəstəliklər qarşısında müqavimətini artırır.


Brokkoli
C, A və E vitaminləri ilə zəngin olan brokkoli demək olar ki antioksidləşdiricilər mənbəyidir. Uşaq üçün bişirilən bütün suplara əlavə etmək məsləhətdir.


Mərcimək
Mərcimək bitki mənşəli zülal mənbəyi olduğu üçün uşaqların böyüməsinə və inkişafına kömək edər. Payız və qış aylarında həftədə iki dəfə istehlakı tövsiyə olunur.


Yumurta
Yumurta, ana südündən sonra orqanizmin ehtiyacı olan ən yaxşı protein mənbəyi, dəmir, A, D, E və B12 vitaminləri baxımından isə zəngin olduğu üçün uşaqlara fərqli formalarda bişirilərək yedizdirilməsi vacib qidalardan biridir.


Çərəz
E vitamini, sink və omeqa 3 yağ turşuları ilə zəngin olan çərəz immunitet sistemini gücləndirməyə kömək edər.


Yuxu rejimi
Yuxu orqanların fəaliyyətini bərpa etmək üçün vacib fizioloji prosesdir. Tələb olunan müddətdən çox və ya az yatmaq sağlamlığa mənfi təsir göstərə bilər. Yenidoğulmuş körpə üçün həmin şərt daha vacibdir. Onun düzgün və sağlam qidalanması ilə yanaşı, normal yuxu rejiminə də mütləq əməl olunmalıdır.


Yenidoğulmuş körpə üç aylığınadək 17-19 saat yata bilər. Altı aylıq körpənin sutkada 14-15 saat yatması kifayət edər. Bir yaşınadək uşağın sutkada 11-13 saat yatması yetərlidir. 2-7 yaş arası uşaqlar 10-11 saat yatmalıdır. Tədqiqatlar göstərir ki saat 23:00-da boy hormonunun ifrazı artır. Bu, uşağın böyüyüb boy atması üçün əlverişli vaxtdı.
Nizamlı yuxu və sağlam qidalanma, qapalı məkanları mütəmadi havalandırmaq da uşaqların immun sistemini gücləndirimək üçün vacib tədbirlərdir.


Arı südü və bal
3 yaşdan yuxarı uşaqlara hər gün səhər yeməyindən əvvəl 1 çay qaşığı bal ilə qarışdırılmış arı südü içirmək immun sistemini gücləndirir. Ancaq 3 yaşadək olan uşaqlar ilə allergiya problemi olanlar və astma xəstələri həkim ilə məşvərət etdikdən sonra qəbul etməlidilər.


Kəklikotu
Təbii öskürək siropu və qripin dərmanı olan kəklikotu çayı immunitet sistemini gücləndirir,
1 stəkan suya 2 çay qaşığı kəklikotu əlavə edib qaynatdıqdan sonra 1 çay qaşığı bal əlavə edərək uşağınıza içirə bilərsiniz.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı