Mədəkiçiltmə əməliyyatı hansı fəsadlara səbəb olur? Uzman izah etdi
16.12.2023 13:30

Artıq çəkidən xilas olmaq üçün aparılan mədəkiçiltmə əməliyyatı insanların son dövrlərdə ən çox müraciət etdiyi tibbi üsullardan biri olsa da, yaratdığı fəsadlar, hətta ondan sonrakı ölüm halları zamanla gündəm olur. Bəs prosedur hansı fəsadlara səbəb olur? Bu əməliyyat həqiqətən təhlükə riski yaradırmı?


Aztibb.az xəbər verir ki, ümumi cərrahiyyə uzmanı, Türkiyənin Hacettepe Universitetinin Klinik anatomiya kafedrasının doktorantı, Mahmud Mahmudov mövzu ilə bağlı sosial şəbəkədə fikrilərini paylaşıb.


Mədəkiçiltmə əməliyyatı nədir və kimlərə, hansı şəraitdə icra olunmalıdır?


Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının mütəmadi olaraq yenilənən statistikasına əsasən, hər il dünyada artıq çəkidən əziyyət çəkən və piylənmənin fəsadları ilə (yüksək təzyiq, xərçəng, ürəyin işemik xəstəlikləri, boyun və bel yırtıqları, başda diz olmaqla bütün oynaqlarda ağrılar, hərəkət məhdudiyyətləri, yuxu apne sindromu və s.) qarşılaşan insanların sayı durmadan artır.


Son məlumatlara görə, Azərbaycanda qadınların 25%-i, kişilərin isə 18%-i piylənmədən əziyyət çəkir. Son illər isə təkcə ölkəmizdə deyil, eləcə də bütün dünyada piylənmədən sağlamlığı məhdudlaşdıracaq qədər əziyyət çəkən insanların mədəkiçiltmə əməliyyatı etdirməsi xeyli yayılıb. Bədən kütlə indeksi əməliyyata uyğun olan və əməliyyat üçün yüksək riskləri olmayan insanlar bu prosedurla qısa vaxtda öz ideal çəkilərinə qovuşaraq, yeni sağlam həyata başlayırlar.


Konkret haqqında danışılan faktların qarşısını almaq üçünsə həm xəstələrin, həm də həkimlərin bir sıra qabaqlayıcı tədbirlər görməsi vacibdir. Bu tədbirlər görülmədən və istənilən neqativ hadisənin səbəbini bilmədən baş verənləri ümumilikdə bütün dünyada icra edilən və mükəmməl nəticələrlə minlərlə insanı öz tibbi, psixoloji, sosial sağlamlığına qovuşduran bir əməliyyata şamil etmək doğru deyil.


Nəzərə alaq ki, hər il dünyada digər standart əməliyyatlardan sonra baş verən bədbəxt hadisələr (ölümlə nəticələnən ağırlaşmalar, ağır infeksiya və s.) mədəkiçiltmədən sonra baş verənlərə nisbətdə xeyli azdır. Sadəcə “bariatric” əməliyyatlar daha populyar olduğu üçün və xəstələr xəstəxanaya “sağlam” gəldiyi üçün bu əməliyyatdan sonrakı ağırlaşmalar tez yayılır və birmənalı qarşılanmır.


Risklərə gəlincə, standart əməliyyatlardan fərqli olan sadəcə “tikiş xətti”ndən qaynaqlanan sızmalardır. Əslində, faiz nisbəti elə də çox olmayan bu risklər xəstəyə əməliyyatdan əvvəl ətraflı izah olunmadan, pasient təhlillərdən keçirilmədən əməliyyata başlanılmamalıdır. Bütün standart əməliyyat risklərini minimuma endirmək və qarşısını almaq üçün isə düzgün mütəxəssislə məsləhətləşilməlidir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub