AQTİ işə qəbul elan edir
13.12.2023 17:13

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Baytarlıq preparatları üzrə normativ-texniki sənədlərin ekspertizası sektorunun aparıcı mütəxəssisi vəzifəsinə peşəkar kadrları işə dəvət edir.

 

AQTİ-dən Aztibb.az-a bildirilib ki, işə qəbul olmaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

 

- Baytarlıq, əczaçılıq və ya oxşar sahələr üzrə ali təhsilə malik olmalıdırlar;

- Baytarlıq, əczaçılıq, qeydiyyat və ya oxşar sahələr üzrə iş təcrübəsinə malik olmalıdırlar;

- Azərbaycan və ingilis dillərində sərbəst oxumağı, yazmağı və danışmağı bacarmalıdırlar. Bu dillərlə yanaşı, rus dili üzrə bilikləri olanlara üstünlük veriləcək;

- Kompüter bacarıqlarına (Word, Excell, PowerPoint) malik olmalıdırlar;

- İşdə intizamlı və məsuliyyətli olmalıdırlar;

- Xarici və daxili ezamiyyətlərdə iştirak edə bilməlidirlər;

- Görülən iş barədə günlük, aylıq, rüblük və illik hesabatların verilməsini bacarmalıdırlar.

 

Aparıcı mütəxəssis vəzifəsinə yiyələnəcək şəxsin görəcəyi işlər aşağıdakılardan ibarətdir: 

- Baytarlıq preparatları üzrə normativ-texniki sənədlərin ekspertizasının həyata keçirilməsi;

- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi.  

 

Tələblərə cavab verən namizədlər özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “Baytarlıq preparatları üzrə normativ-texniki sənədlərin ekspertizası sektorunun aparıcı-mütəxəssisi” yazaraq hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. CV-lər təhlil edildikdən sonra namizədlərlə əlaqə saxlanılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır