“Orqan transplantasiyası: aktual məsələlərin multisektoral həlli” mövzusunda dəyirmi masa keçiriləcək
13.12.2023 09:51
20 dekabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Orqan transplantasiyası: aktual məsələlərin multisektoral həlli” mövzusunda dəyirmi masa keçiriləcək.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbirdə “Orqan transplantasiyası: mövcud təcrübə və hədəflərimiz”, “Transplantasiya mərkəzləri ilə işin koordinasiyası”, “Orqan transplantasiyası xidmətlər zərfində orqan toxuma əməliyyatları” və “Kadavra transplantasiyasına gedən yol: Beyin ölümünün təyini və qarşılaşdığımız problemlər” mövzusunda məruzələr təqdim ediləcək.
 
Azərbaycanda həyata keçirilən transplantasiya əməliyyatlarının uğurlu icrası istiqamətində atılan addımların effektiv təşkilində qurumlararası əməkdaşlığın rolunun artırılması məqsədilə təşkil olunan tədbirdə iştirak xüsusi dəvətnamə əsasındadır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır