Yuxu iflici tez-tez təkrarlanırsa buna laqeyd yanaşmaq olmaz
12.12.2023 13:51

Xalq arasında “kabus” kimi tanınan yuxu iflici qısa müddətə də olsa insanları qorxutmağa kifayət edir. Daha çox uşaqlıq və yeniyetməlik dövründə müşahidə olunan yuxu iflici tez-tez təkrarlanırsa bu müalicə tələb edir.

Aztibb.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu vəziyyətin tibbi izahı var.

Gecə yuxudan oyanıb yerindən tərpənə bilməmək, danışa bilməmək, üzərinizə bir yük düşürmüş kimi hiss etmək, hətta halüsinasiyalar görmək... Bu və buna bənzər hadisələri yaşayanların sayı heç də az deyil.

Bütün bunların səbəbi əslində yuxu iflicidir... Yuxu iflici ən çox uşaqlıq və yeniyetməlik dövründə başlayır. Əlbəttə ki, yetkinlik dövründə də baş verə bilər. Bəs yuxu iflicinə səbəb nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Professor Füsun Domaçla yuxu iflici ilə bağlı suallara cavab axtardıq.

Saniyələr içində öz-özünə yox olur

Professor yuxu iflicini "qol, ayaq və gövdə əzələlərini hərəkət etdirə bilməmə və danışa bilməmə ilə ortaya çıxan və tez-tez oyanarkən və ya yuxuya getdikdə müşahidə olunan bir vəziyyət" olaraq ümumiləşdirir.

Yuxu iflicindən əziyyət çəkən bir adamın hücum zamanı şüurlu olduğunu ifadə edən professor bu müddət ərzində baş verə biləcəkləri belə izah edib:

“İnsan ətrafda baş verənlərdən xəbərdardır. Hərəkət edə və danışa bilmədiyi üçün güclü qorxu və narahatlıq hiss edə bilər. Hücum zamanı nəfəs almaqda çətinlik və sinədə təzyiq hissi kimi əlamətlər müşahidə oluna bilər. Ancaq tənəffüs əzələlərinin hərəkətləri təsirlənmədiyi üçün normal tənəffüs davam edir. Yuxu iflici başqa bir insana toxunmaqla daha tez aradan qaldırılır".

Yuxu iflicindən əziyyət çəkən şəxs hansı mərhələdə həkimə müraciət etməlidir?


Yuxu iflici tutmaları tez-tez təkrarlanırsa, yuxu zamanı başqa müşayiətedici əlamət varsa və ya gün ərzində həddindən artıq yuxululuq müşahidə olunursa, yuxu pozğunluqları poliklinikasına müraciət etmək tövsiyə olunur.

Yuxu zamanı baş verən başqa şikayətlərin olub-olmaması sorğulanmalıdır. Müşayiət edən tapıntıların mövcudluğundan asılı olaraq, yuxu laboratoriyalarında lazımi testlər aparılmalıdır. Yuxu xəstəliyinə diaqnoz qoyulmalı və müalicəyə başlanmalıdır. Depressiya, panik pozğunluğu kimi psixiatrik bir tapıntı ilə müşayiət olunursa və ya psixiatrik xəstəlik diaqnozu varsa, psixiatrla da məsləhətləşməlidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev