Böyük Britaniya dünyanın ən pis dişlərinə sahibdir
30.11.2023 08:38

Türkiyəli diş həkimi İngiltərədəki uğursuz stomatologiya sistemini əsas gətirərək Türkiyədə diş müalicəsi etmək istəyən britaniyalıların sayında artım olduğunu açıqlayıb.

Aztibb.az xəbər verir ki, türk diş həkimi İngiltərənin “Daily Mail” qəzetinə verdiyi açıqlamada İngiltərədəki diş baxımının vəziyyətinə reaksiya verib:

"Müştərilərimizin 60%-dən çoxu britaniyalıdır və bu, yüksək xərclər və görüş almaqda çətinliklər səbəbindən Böyük Britaniyanın diş sağlamlığı sistemində təcili islahatlara ehtiyac olduğunu göstərir".

Dr. Gülay Akay 15 illik təcrübəyə malik təcrübəli diş həkimidir. O, 2019-cu ildən etibarən Türkiyədə müalicə üçün müraciət edən Britaniya xəstələrinin sayındakı artımın indi dalğaya çevrildiyini açıqlayıb.

Keçən il 2200-dən çox britaniyalı xəstə Türkiyə xəstəxanalarında diş müalicəsi aldığı halda, bu il bu rəqəmin 5500-ə yüksəldiyi və müştərilərinin 60%-ni təşkil etdiyini bildirib.

Bu narahatedici tendensiya Britaniya vətəndaşlarının öz ölkələrində stomatoloqları ilə görüş təyin etməkdə çətinlik çəkməsi və Böyük Britaniyada şəxsi qayğı xərclərinin bir çox insanlar üçün qadağan olması ilə əlaqələndirilir.

Xəstələrin 80 faizinin diş sağlamlığı zəifdir

G.Akay, britaniyalıların diş sağlamlığının "bu günə qədər ən pis" olduğunu söyləyib. Qeyd edib ki, İngiltərədəki xəstələrinin ən azı 80%-i zəif diş baxımından qaynaqlanan əsas tibbi problemlərlə üzləşib.

Vəziyyət o həddə çatıb ki, xəstələr lazımi qayğı olmadan illər keçirib, iztirablarını yüngülləşdirmək üçün ekstremal tədbirlərə əl atırlar.

Hər il 250 min insan diş müalicəsi üçün gəlir

Türkiyə Diş Həkimləri Dərnəyinin hesablamalarına görə, müalicənin sərfəli olması səbəbindən hər il əksəriyyəti Britaniyadan olan təxminən 250.000 əcnəbi diş müalicəsi üçün Türkiyəyə səfər edir.

G.Akay sağlamlıq turizminin təhlükəsizliyi ilə bağlı narahatlıqları etiraf etsə də, Türkiyə xəstəxanalarında görülən şok hadisələrin onların Britaniya diş həkimlərinin standartlarını tənqid edəcək mövqedə olmadıqlarını göstərdiyini söyləyib.

Britaniya Diş Həkimləri Assosiasiyasının bu yaxınlarda keçirdiyi sorğunun nəticəsində ölkədə stomatoloqların böyük qisminin pandemiyadan sonra azaldığı və özəl praktikaya keçməyi planlaşdırdığı ortaya çıxıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib