İnsan sağlamlığı üçün kurortların əhəmiyyəti – Azərbaycan kurortlarının tarixi / Birinci yazı
23.07.2021 19:33

Azərbaycanda qədim dövrlərdən müalicə-profilaktik məqsədlərlə təbiətin şəfaverici amilləri olan mədən sularından, müxtəlif növ neft və vulkanik palçıqlardan geniş istifadə edilib. Ölkə əsrlər boyu tarixi İpək Yolu vasitəsilə nadir dərman kimi ixrac edilən müalicəvi nefti ilə məşhur olub.

 

Aztibb.az respublikanın ayrı-ayrı iqlim zonalarında yerləşən zəngin müalicəvi əhəmiyyətə malik təbii kurortlar haqqında yazını təqdim edir.

 

Ölkəmizin müxtəlif guşələrində müalicə əhəmiyyətli təbii resursların olması Azərbaycanı kurortlar diyarı adlandırmaq imkanı verib.

 

Azərbaycanda kurortlar şəbəkəsinin mütəşəkkil təşkili XX əsrdən etibarən həyata keçirilib. Əlverişli iqlim şəraiti, müxtəlif mineral sular, müalicəvi palçıq və neft ehtiyatlarından asılı olaraq, təbii kurortların təsnifatı müəyyənləşib və bununla bağlı müvafiq infrastruktur yaradılıb.

 

1936-cı ildə Kurortologiya və Fizioterapiya İnstitutunun təşkili ilə təbii kurortların elmi cəhətdən tədqiqində yeni mərhələ başlandı. XX əsrin ikinci yarısında Azərbaycanda artıq formalaşmış kurortlar şəbəkəsi mövcud idi. Həmin dövrdə yaradılan sanatoriya, pansionat və istirahət evləri sistemi Azərbaycanın, demək olar ki, bütün ərazisini əhatə edirdi. Kurort-müalicə imkanları çox geniş olan Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası, Gəncə-Hacıkənd-Göygöl, Şəki-Zaqatala, Şuşa-Turşsu, Quba-Xaçmaz-Nabran, Lənkəran-Astara və digər regionlarda müalicə və istirahətin təşkili üçün lazımi şərait yaradıldı.

 

Azərbaycan kurortlarının inkişafına 1970-ci ildən başlayaraq xüsusi diqqət yetirilirdi. Məhz həmin ildə SSRİ hökumətinin qərarı ilə Abşeron yarımadası, Naftalan və İstisu kurortları ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edildi.

 

1980-ci illərdə isə hökumətin xüsusi qərarına əsasən, Azərbaycanın kurortlar şəbəkəsinin genişləndirilməsi, o cümlədən Xaçmaz-Nabran zonasında irimiqyaslı layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulsa da, cərəyan etməyə başlayan mürəkkəb siyasi proseslər bu planın həyata keçirilməsinə imkan vermədi.


Azərbaycan müstəqillik qazandıqdan sonra kurort işinin inkişafında xüsusi bir mərhələ başlandı. Belə ki, 2007-ci ildə Azərbaycan Republikasının Prezidenti İlham Əliyev "Azərbaycan kurortları" dövlət proqramı haqqında sərəncam imzalandı, bir sıra qərarlar qəbul edildi.

 

Azərbaycanın ərazisi kurortlarla zəngindir. Azərbaycanda kurort təbii müalicə ehtiyatlarına malik olan və həmin ehtiyatlardan bərpa, profilaktika və müalicə məqsədi ilə istifadə etmək üçün zəruri şəraiti olan ərazi hesab olunur. Belə ərazilərdə istirahət və müalicəni təmin edən müəssisələr (sanatoriyalar, istirahət evləri, pansionatlar, balneoloji və palçıq müalicə ocaqları, kurort poliklinikaları, bərpa mərkəzləri və s.), sanitariya mühafizə zonaları və digər kurort infrastrukturu təşkil olunur.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub