Endokrinoloq qalxanabənzər vəz üçün təhlükəli olan vərdişləri sadalayıb
25.11.2023 12:18

Endokrinoloq, diyetoloq Oksana Mixaleva qalxanabənzər vəzinin sağlamlığına mənfi təsir göstərən bəzi vərdişlər barədə danışıb.

Aztibb.az xəbər verir ki, bununla bağlı “Gazeta”nəşrinə müsahibəsində həkim belə təsirlərdən birincisinin siqaret olduğunu deyib. Siqaret çəkmə ilə Qreyves xəstəliyi və bu xəstəliyin ağırlaşması kimi qalxanabənzər vəzi xəstəlikləri arasında əlaqə çoxdan öyrənilib.

“Endemik zob ilk növbədə yod çatışmazlığı ilə əlaqələndirilir, lakin siqaret çəkən insanlarda siqaret və yod çatışmazlığının birləşməsi xəstəliyin inkişaf riskinin dəfələrlə artmasına səbəb olur. Bu onunla bağlıdır ki, tütünün tərkibində yodun qalxanabənzər vəzinə keçməsinə mane olan zoblar var”, - deyə ekspert izah edib.

O, həmçinin qeyd edib ki, Qreyves xəstəliyi genetik meylin olması ilə inkişaf edən otoimmun xəstəlikdir. Amma vacib təhrikedici amillərdən biri də siqaretdir. Siqaret çəkən insanlarda "yatan" genlərin aktivləşməsi və xəstəliyin inkişafına səbəb olma ehtimalı daha yüksəkdir.

İkinci pis vərdiş yod əlavələrinin nəzarətsiz qəbuludur. Həkim izah edib ki, yodun gündə 500 mkq-dan çox olmayan dozada qəbulu təhlükəsiz hesab olunur (fizioloji tələbat isə 150 mkq-dır).

Amma fakt budur ki, heç kim pəhriz əlavələrinin tərkibini yoxlamır və onların tərkibində çox vaxt böyük dozada yod olur. Bu, bir sıra tiroid xəstəliklərinin inkişafına təkan verə bilər.

Həmçinin, həddindən artıq soya vəziyə mənfi təsir göstərə bilər. Bu, heyvan zülallarını soya ilə əvəz edən vegetarianlar üçün daha xarakterikdir. Soyada qalxanabənzər vəzdə peroksidaza fermentinin fəaliyyətini maneə törədən izoflavonoidlər var. Bu ferment öz hüceyrələrində hormonların əmələ gəlməsindən məsuldur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər