Salyan rayonundakı orta məktəblərdə İİV-lə bağlı maarifləndirmə aksiyaları təşkil edilib
19.11.2023 08:48

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Salyan rayonundakı 1 məktəb liseyin, 4 tam orta məktəbin şagirdləri üçün “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə aksiyaları keçirilib.

 

Bu məlumat Aztibb.az-a RQMM-dan verilib.

 

“Uşaq hüquqları aylığı” çərçivəsində təşkil olunan, müəllim və X-XI sinif şagirdlərinin iştirak etdiyi tədbirlərdə sağlam həyat tərzi barədə tövsiyyələr verilib.

 

Tədbirlərdə çıxış edən RQMM-in mütəxəssisləri İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) məktəblilərin anlayacağı tərzdə aydınlıq gətiriblər. Həkimlər gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusa yoluxan insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar.

 

Şagirdlərə, həmçinin İİV infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

Məktəblilərə İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?