“Medinex” vətəndaşların sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayır
02.11.2023 14:37

Səhiyyə naziri Teymur Musayev Bakıda keçirilən “Medinex” sərgisində çıxışı zamanı ölkəmizdə tibbi sərgilərin 30 ildən artıqdır keçirildiyini deyib.

Aztibb.az xəbər veir ki, nazirin sözlərinə görə, bugünkü sərgidə 10-dan çox ölkədən 100-ə yaxın şirkətin qatıldığı “Medinex” sərgisi artıq 3-cü dəfədir ki, təşkil olunur. “Medinex” sərgisi həm tibb mütəxəssislərinin yeniliklərlə tanışlığı, həm biznes nümayəndələri arasında qarşılıqlı əlaqələrinin inkişafı, həm də hər bir vətəndaşımızın sağlamlığının yaxşılaşdırılması sahəsində davamlı platforma rolunu oynayacaq.

Ölkədə tibb elminin və səhiyyənin inkişafında toxunan Teymur Musayev deyib: “Ölkə rəhbərliyi tərəfindən Səhiyyə Nazirliyinin qarşısında müəyyən olunan əsas vəzifələrdən biri də milli səhiyyə sistemində tibb elminin nailiyyətlərinin tətbiqini təmin etməkdir. Tibb mütəxəssislərimiz əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərində peşəkarlığın artırılmasına xüsusi yer ayırır, bilik və bacarıqlarının səhiyyənin daim yenilənən tələblərinə uyğunlaşdırılması üçün səhiyyə sektorundakı dəyişiklikləri yaxından izləyirlər”.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının və 27 nömrəli Şəhər Poliklinikasının baş həkimləri təltif olunub
 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün simulyasiya təlimi keçirilib   
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
Hamilə pasiyent üzərində laparoskopik öd kisəsi əməliyyatı uğurla icra olunub
        Abituriyentlərə təhsil və karyera imkanları təqdim olunub          
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 Azərbaycan Tibb Universiteti DİM-in sərgisində geniş imkanlarını təqdim edir
ATU-nun Tədris Cərrahiyyə Klinikasında nadir klinik hal uğurla aradan qaldırılıb
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir