Anesteziyasız əməliyyat və dezinfeksiya üçün sirkə. Cərrah Fələstin xəstəxanalarının dəhşətlərindən danışıb
26.10.2023 09:12

Qəzzada çalışan Sərhədsiz Həkimlər Təşkilatından cərrah Nidal Abid bildirib ki, anesteziyasız əməliyyat olunan xəstələrin qışqırıqlarından daha pis olan qorxu içində növbəsini gözləyənlərin üzləridir.

Aztibb.az lenta.ru-ya istinadən Qəzza xəstəxanalarından birində çəkilmiş görüntüləri və cərrahın şərhini təqdim edir.

Şəhərin bombardman edilməsindən sonra o, müxtəlif xəstəxanalarda və həmişə əməliyyat masasında deyil, tez-tez dəhlizlərdə və döşəmədə əməliyyat etməli olub. Həkim deyir ki, tibb müəssisələrində fəlakətli yer çatışmazlığı var. İki nəfər üçün nəzərdə tutulmuş otaqda on xəstə olur. Dərmanların kəskin çatışmazlığı yaşanır.

Dezinfeksiya vasitələri bitəndə Abid həkim evinin küncündə yerləşən mağazadan süfrə sirkəsi alıb, onunla yaraları dezinfeksiya etməyə başlayıb. Lakin sirkə mağazalardan yoxa çıxmaqdadır. Odur ki, indi o, sadəcə yaraları duzlu su ilə yuyur. Hər kəs üçün kifayət qədər sarğı yoxdur, yaralar qaynadılmış parça ilə sarılır və bəzən cərrahi iynələrlə deyil, tikiş iynələri ilə tikilir.

“Bizdə çox şey çatışmır, lakin çox mürəkkəb əməliyyatlar etməliyik. Təxliyyə etməyimizi tələb edirlər, amma çoxlarının vəziyyəti ağırdır və onları çıxarmaq mümkün deyil”, - deyə həkim qeyd edib.

Əgər əvvəllər əməliyyatdan sonra xəstəyə antibiotik kursu təyin olunurdusa, indi yalnız bir tablet verirlər. Nidal Abidin sözlərinə görə, əvvəlcə 700 xəstə üçün nəzərdə tutulmuş Əl-Şifa Xəstəxanasında hazırda 5000 yaralı var: "Hətta normal, tam təchiz olunmuş xəstəxana belə qurban axınının öhdəsindən gələ bilməzdi, amma biz bunun öhdəsindən gəlməliyik" deyir.

Həkimin sözlərinə görə, Xan Yunis şəhərindəki xəstəxanada generatorun yanacağı bitdiyi üçün əməliyyat masasının üzərində saxlanılan fənərlərin işığında əməliyyat olunmalı olub. Digər xəstəxanalarda elektrik cihazları yalnız reanimasiya şöbəsində işləyir, elektrik enerjisindən başqa məqsədlər üçün istifadə edilmir.

Nidal Abid işində ən dəhşətli məqamın əməliyyat edəcəyi xəstəni seçmək zərurəti adlandırır, çünki həkimlər hamıya köməklik göstərə bilmirlər. Hamı üçün kifayət qədər tibb işçisi yoxdur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama