Demodeks gənələrini müalicə etməyin SADƏ ÜSULU - Fizuli Hüseynov açıqladı
17.09.2021 17:53
"Demodeks adi gənədir, əsasən üzdə parazitlik edəndə üz dərisi səpir, qızarır və şişkinləşir. Xəstəlik inkişaf etdikcə dəridə kələ-kötürlüklər əmələ gəlir. Müalicəsi bəzən illərlə çəkir, həddindən artıq vəsait sərf olunur. Parazitlər keçicidir, immuniteti zəif olanlarda daha sürətlə artıb çoxalır və fəsadları ağır olur. Xatırladım ki, immuniteti normal insanlar demodeksə yoluxsalar da gənələr artıb çoxala bilmirlər".
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə bu barədə məlumat paylaşıb.
 
Həkim bildirib ki, müalicə zamanı, məsələn, üzə müxtəlif maskalar qoyanda gənələr dərinin alt qatlarına keçir. Üzdəki maska və ya dərman vasitəsi yuyulandan sonra yenidən fəallaşır və müalicə illərlə davam edir.
 
Fizuli Hüseynov qeyd edib ki, demodeks gənələrini çox sadə üsulla müalicə etmək olar. Bunun üçün sarımsaq əzilir və ya sürtgəcdən keçirilir, suyu hər gün 2-3 dəfə üzə çəkilir. Onu axşamlar hazırlayıb səhərə qədər saxlamaq, səhərlər çəkib axşama qədər saxlamaq, buna əməl etmək mümkün olmadıqda isə gündə 1 dəfə çəkmək lazımdır.
 
Onun sözlərinə görə, müalicə proseduru təxminən 2 aya bütün üzü təmizləyir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama