"Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konqres keçiriləcək
31.10.2023 11:02

27-28 noyabr 2023-cü il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konqres keçiriləcək.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, tədbirdə 27 noyabr tarixində mama-ginekologiyaya, 28 noyabr tarixində isə neonatologiya və pediatriyaya dair aktual mövzuların müzakirəsi aparılacaq. Konqresdə Azərbaycan, Türkiyə və İngiltərədən olan yüksəkixtisaslı mütəxəssislərin təqdimatları dinləniləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.

 

Konqresin akreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət ediləcəkdir.

 

Tədbir əyani olaraq Bakı şəhərində, distant olaraq ZOOM platformasında həyata keçiriləcəkdir.

 

Beynəlxalq konqres mama-ginekoloq, neonatoloq və pediatrlar üçün nəzərdə tutulub.

 

Konqresdə iştirak ödənişsizdir.

 

Qeydiyyatdan keçən şəxslərlə əlaqə saxlanılacaq.

 

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/tNWjcd8cFXBkdmLd7

 

Əlavə məlumat almaq üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır