Əcnəbi vətəndaşların ATU-nun hazırlıq kursuna qəbulu davam edir
22.10.2020 19:59

Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna əcnəbi vətəndaşların 2020-2021-ci tədris ili üçün qəbulu davam edir. Avqustun 20-dən başlayan qəbul prosesinin dekabra qədər davam edəcəyi planlaşdırılır.

 

Aztibb.az xəbər verir ki, ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu admission.amu.edu.az veb-portalı üzərindən aparılır.

 

Bu məqsədlə, lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra müsahibə vaxtı təyin edilir. Artıq növbəti mərhələdə namizədlərlə video müsahibə aparılır. Əvvəlki illərdə olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrindən olan əcnəbi vətəndaşları ATU-da təhsil almaq üçün həvəs göstərirlər. Statistikaya nəzər yetirsək, bu günə qədər 1000-ə yaxın müraicət elektron qaydada portal daxil olunub.

 

Qəbul prosesinin şəffaf aparılması məqsədilə ATU-nin Rektoru əmri ilə xüsusi komissiya yaradılıb. Komissiyasının tərkibinə ümumi işlər üzrə prorektor Tahir Vəliyev, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov, dekan müavini Nəzrin Musabəyova və fənn müəllimləri daxildir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub