Bakıda "Kistoz fibroz - Standart müalicədən modulyator müalicəsinə doğru" adlı konfrans keçiriləcək
19.10.2023 16:03

Noyabrın 15-də saat 13:00-da JW Marriot Abşeron oteldə "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Kistoz fibroz - Standart müalicədən modulyator müalicəsinə doğru" mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

 

Aztibb.az-a "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatı dəstəyilə il baş tutacaq.

 

Konfransda Azərbaycan və Türkiyənin mütəxəssis həkimləri tərəfindən kistoz fibrozun bütün tərəfləri - diaqnostika, müayinə və müalicəsi, eləcə də ən yeni, keyfiyyətli modulyator müalicədə beynəlxalq təcrübəyə dair müzakirələr aparılacaq.

 

Qeyd edək ki, bu il "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyinin təsis olunmasından 6 il ötür. Tədbirdə Birliyin altı il ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər, mövcud problemlər, qarşıya qoyulan məqsədlər, həmçinin pasiyent advokasiyasında irəliləyişlər, müalicədə dərman təminatının davamlılığı və s. haqqında təqdimatlar olacaq.

 

Elmi konfrans akkreditə olunub, yerlər məhduddur.

 

Kistoz fibroz xəstələrinin diaqnostikası və müalicəsi ilə maraqlanan həkimlər - pediatr, pulmonoloq, qastroenteroloq, endokrinoloq, terapevt və fizioterapevtlər tədbirdə iştirak edə bilər.

 

Konfransda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir!

 

Qeydiyyat üçün link: https://forms.gle/LvG85EVbYxMNjsyT8 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır