TƏBİB tabeliyində olan tibb müəssisələrində hüquqşünas vəzifəsi üzrə vakant yerlər elan edir
18.10.2023 17:16
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan tibb müəssisələrində hüquqşünas vəzifəsi üzrə vakant yerlər elan edir.
TƏBİB-dın Aztibb.az-a bildirilib ki, mövcud iş yerləri aşağıdakılardır:
• Ağstafa Rayon Mərkəzi Xəstəxanası;
• Balakən Rayon Mərkəzi Xəstəxanası;
• Xocalı Rayon Mərkəzi Xəstəxanası (Goranboy rayonu);
• Siyəzən Rayon Mərkəzi Xəstəxanası;
• Ağsu Rayon Mərkəzi Xəstəxanası;
• Astara Rayon Mərkəzi Xəstəxanası;
• Qax Rayon Mərkəzi Xəstəxanası;
• Şəmkir Rayon Mərkəzi Xəstəxanası;
• Suraxanı Tibb Mərkəzi;
• Respublika Neyrocərrahiyyə Xəstəxanası;
• Respublika Endokrinoloji Mərkəzi;
• Tibbi Reabilitasiya Mərkəzi;
• Pirallahı Tibb Mərkəzi.
Əməkhaqqı:
• “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali hüquq təhsili (hüquqşünaslıq və beynəlxalq hüquq ixtisası üzrə);
• Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
• Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə).
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
• Komandada işləmə;
• Məsuliyyətlilik;
• İntizamlılıq;
• Nəticəyönümlülük;
• Dəqiqlik;
• Analitik araşdırma.
İşin təsviri:
• Tibb müəssisəsinə daxil olmuş normativ hüquqi aktların və digər sənədlərin, beynəlxalq, mülki, idarələrarası və s. müqavilələrin, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hüquqi ekspertizasının həyata keçirilməsi, onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
• Tibb müəssisəsinin digər struktur bölmələri tərəfindən hazırlanmış sənəd layihələrinin (əmr, məktub, arayış, sorğu, akt və s.) hüquqi ekspertizasının həyata keçirilməsi və onların qanunvericiliyə uyğunluğunun yoxlanılması;
• Tibb müəssisəsinin daxili normativ sənədlərinin hazırlanması və təsdiq edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;
• Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu halların araşdırılması;
• Tibb müəssisəsinin fəaliyyətini tənzimləyən daxili qaydaların, təlimatların və digər normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələr tərəfindən hazırlanan ilkin layihələrin və qəbul edilmiş sənədlərin təhlil edilməsi, onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
• Tibb müəssisəsinin normativ hüquqi aktlarla təminatın yaxşılaşdırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
• Tibb müəssisəsinin digər struktur bölmələrinin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlərin verilməsi, arayışların və rəylərin hazırlanması;
• Hüquqi məsələlərlə bağlı tibb müəssisəsinin təmsil edilməsi;
• Tibb müəssisəsinin iştirak etdiyi məhkəmə proseslərində tibb müəssisəsini iddiaçı və cavabdeh qismində, eləcə də digər prosessual statusda təmsil etmək, hüquq və qanuni mənafelərinin müdafiə edilməsi, bununla əlaqədar məhkəmə sənədlərinin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasının təmin edilməsi;
• Hüquqi məsələlərlə bağlı dövlət orqanlarında, fiziki və hüquqi şəxslərlə münasibətlərdə tibb müəssisəsinin təmsil edilməsi, onun qanuni maraqlarının müdafiə edilməsi;
• Tibb müəssisəsinin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasının təmin edilməsi;
• Vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə, yerli və beynəlxalq təşkilatlardan daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasını və müvafiq tədbir görülməsinin təmin edilməsi;
• Tibb müəssisəsinin fəaliyyəti ilə bağlı əmr və sərəncam layihələrinin hazırlanması;
• Tibb müəssisəsinin fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlərin verilməsi, arayış və rəylərin hazırlanması;
• Tibb müəssisəsinin fəaliyyəti ilə bağlı müqavilələrin tərtib edilməsi, o cümlədən təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
• Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar digər struktur bölmələrin əməkdaşlarına hüquqi məsləhət verilməsi;
• Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi;
• Əməkdaşlara tibb müəssisəsinin səlahiyyətləri, fəaliyyətinin əsas istiqamətləri üzrə hüquqi məsləhətlərin verilməsi və tibb müəssisəsinin fəaliyyətini tənzimləyən yeni qəbul edilmiş hüquqi aktlar barədə onların məlumatlandırılması.
Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 10.11.2023
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-ni mövzu yerində çalışmaq istədiyi müəssisənin adını və vəzifəni (məsələn, “Suraxanı Tibb Mərkəzi-Hüquqşünas”) qeyd edərək göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Bu bölməyə aid digər xəbərlər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının 100 illik yubileyi qeyd olunacaq
15.10.2026 | 09:09
İctimai səhiyyə fakültəsinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
14.10.2026 | 14:07
ATU-da elmi tədqiqatların yeni imkanları: Süni intellekt və data-analitikası müzakirə olunacaq
14.10.2026 | 10:14
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcək
13.10.2026 | 13:33
Bakıda “Ürək transplantasiyası həftəsi” keçiriləcək
13.10.2026 | 10:46
ATU-nun Elmi Araşdırmalar Mərkəzində kök hüceyrələrə həsr olunan seminar keçiriləcək
12.10.2026 | 10:03
ATU-da elmi tədqiqatların yeni imkanları: süni intellekt və data-analitikası müzakirə olunacaq
10.10.2026 | 11:54
Tibbi tədqiqatların yeni üfüqləri: Data-analitika və süni intellekt
08.10.2026 | 11:20
Koreya Respublikasında “2026 – Ənənəvi Koreya Təbabəti Siyasəti” adlı təlim proqramı keçiriləcək
07.10.2026 | 17:49
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

