ABŞ-da beyin ölümünün diaqnozu üçün yeni bələdçi hazırlanıb
15.10.2023 10:22

ABŞ-da dörd tibb assosiasiyası həkimlər üçün beyin ölümünün baş verib-vermədiyinə qərar vermək üçün yeni bələdçi hazırlayıb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, Amerika Nevrologiya Akademiyası (AAN) tərəfindən edilən yazılı açıqlamada beyin ölümü diaqnozunun ABŞ və digər ölkələr arasında fərqli olduğu və xəstəxanalara ümumi diaqnozun qoyulması üçün yeni bələdçinin əsas kimi istifadə edilməsi tövsiyə edilib.

 

Yeni təlimata əsasən, həkimlər beyin funksiyasını bərpa etmək ehtimalı olmayan, reaksiya verə bilməyən və təkbaşına nəfəs ala bilməyən insanlarda beyin ölümü diaqnozunu qoya biləcəklər.

 

Filadelfiya Uşaq Xəstəxanasından Metyu Kirşen qeyd edib ki, əvvəllər böyüklər və uşaqlar üçün beyin ölümünü təyin etmək üçün iki ayrı təlimat var idi.

 

Kirschen, ikisinin yeni bələdçidə birləşdirildiyini, həkimlərə diaqnoz üçün daha əhatəli və praktiki üsul təqdim etdiyini bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə