Qaraciyər xərçənginin erkən diaqnozu üçün yeni alqoritm işlənilib  
13.10.2023 09:32

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, kiçik elmi işçi Lalə Qarayevanın həmmüəllifi olduqları “Gen cütlərinin oxşarlığına görə hepatosellular karsinomanın erkən diaqnozu alqoritmi” adlı məruzə Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən, institutun həmtəşkilatçısı olduğu “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında müzakirə olunub.

 

Bu barədə Aztibb.az-a AMEA-dan məlumat verilib.

 

Məruzəyə dair çıxış edən L.Qarayeva qaraciyər xərçəngi kimi tanınan hepatosellular karsinomanın (HCC) erkən diaqnozu və proqnozlaşdırılması məsələsinin həlli üçün maşın təlimi alqoritmlərinin tətbiqi ilə bağlı aparılan tədqiqatın nəticələrindən bəhs edib.

 

L.Qarayeva bildirib ki, tədqiqat işində təqdim olunmuş alqoritmdə HCC toxumalarının ona oxşar CwoHCC qeyri-xərçəng toxumalarına oxşarlığı gen cütlərinin minimum kənara çıxması və maksimum uyğunluğu ilə təyin edilir. O, tədqiqatlar zamanı maşın təlimi metodları əsasında seçilmiş optimal gen cütlərinin xüsusiyyətlərinin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub