Bakıda ilk dəfə "1st lNBA Eurasia Championship" beynəlxalq turniri keçiriləcək
03.10.2023 11:36

INBA-nın (Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyası), Azərbaycan Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin dəstəyi, lNBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş natural bodibildinq və fitnes üzrə "1st lNBA Eurasia Championship" beynəlxalq turniri keçiriləcək.

Aztibb.az-a Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq turnirdə fiziki məhdudiyyətli şəxslərin, eyni zamanda irsi qan xəstəliyindən əziyyət çəkən uşaqların əl işlərinin sərgi-satış yarmarkası təşkil olunacaq.

Yarış sonrası Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin təşkilatçılığı ilə hakimlər, atletlər və idarə heyətinin üzvləri "Sağlam olaq, donor olaq!" devizi altında qanvermə aksiyasında iştirak edəcəklər.

İdman tədbirinin rəsmi açılış mərasimi oktyabrın 8-i saat 12:00-da Şəmsi Bədəlbəyli 98 ünvanında yerləşən “Opera studiya”sında keçiriləcək.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır