Ürək əməliyyatlarında istifadə olunacaq yeni üsul dünya tibb ədəbiyyatına salındı
30.09.2023 13:53

Ürək-damar cərrahiyyəsi mütəxəssisi professor Barış Durukan yüksək riskli xəstələrin ürək əməliyyatlarında döş sümüyünün qalxma və öskürmə hərəkətləri ilə ayrılmasının qarşısını alacaq “Durukan örgüsü” adlı xüsusi düyünləmə texnikası hazırlayıb.


Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, həkimin sözlərinə görə, inkişaf etdirdiyi texnika sayəsində, əlavə materiala ehtiyac qalmadan sümüyün sadə və sürətli şəkildə təhlükəsiz bağlanmasını təmin etmək mümkündür.


Professorun yeni texnikası 150 xəstəyə uğurla tətbiq edildikdən sonra dünya tibb ədəbiyyatına salınıb. Alim araşdırmasının Polish Journal of Cardiothoracic Surgery jurnalında dərc olunduğunu və məqalənin Amerika Milli Sağlamlıq Kitabxanasına fonduna daxil edildiyini bildirib.


Ürək əməliyyatlarında ən çox istifadə edilən üsulun döş sümüyünün ön tərəfdən açılması olduğunu ifadə edən Barış Durukan digər üsulların çatışmayan tərəflərini sadalayıb.
Bu hallarda xəstələrdə ümumiyyətlə döş sümüyünün bağlanması ilə əlaqədar problemlər yarana bilər.


Xüsusilə diabet xəstələrində bypass əməliyyatlarında, cüt damarlı döş damarlarının istifadə edildiyi əməliyyatlarda, artıq çəki və yaşlı xəstələrdə osteoporoz səbəbiylə sümüklərin bağlanmasında problemlər yarana bilər.


Bunlar adətən infeksiya ilə nəticələnir və nəticələri olduqca ağırdır. Bu, uzun müddətli xəstəxanaya yerləşdirmə tələb edir və ya infeksiya ilə əlaqəli ölüm nisbətləri əhəmiyyətli dərəcədə arta bilər.


Buna görə də bu xəstələrdə döş sümüyünün bağlanması üçün müxtəlif xüsusi materiallardan və ya üsullardan istifadə edilir. “İnkişaf etdiyimiz texnika sayəsində əlavə materiala ehtiyac olmadan sadə və sürətli şəkildə sümüyün təhlükəsiz bağlanmasını təmin edirik.


Döş sümüyünün polad məftillərlə bağlandığını və normal tətbiq edilən texnikanın ortopedlərin istifadə etdiyi lövhələr kimi yüksək riskli xəstə qruplarında istifadə edilə biləcəyini söyləyən professor yeni metodun texnikası və etibarlılığı fizika və mexanika mühəndisi ilə birlikdə sübut olunduqdan sonra xəstələrə geniş tətbiq edildiyini vurğulayıb.


“Bu günə qədər təxminən 150 xəstəyə tətbiq olunub. İlk dəfə tətbiq etdiyimiz zaman məqalədə 50 xəstədən ibarət silsiləmizi dərc etdik. Hazırda ondan müntəzəm istifadə edirik. Heç bir problemlə qarşılaşmadıq. Biz uzunmüddətli perspektivdə onu izləməyə davam edəcəyik. Araşdırmamızda bu texnikanın etibarlı olduğu göstərilib və məqalə olaraq nüfuzlu nəşrlərdə dərc olunub”, - deyə professor bildirib.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub