"Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
25.09.2023 16:32

Sentyabrın 28-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, tədbir Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Gömrük Hospitalının birgə təşkilatçılığı, Naxçıvan Baş Gömrük İdarəsinin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə baş tutacaq.

 

Konfransda kardiologiya və kardiovaskulyar cərrahiyyədə müasir trendlər, o cümlədən mövzu ilə əlaqəli sıx rast gəlinən müzakirəli mövzular barədə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək.

 

Proqrama uyğun olaraq Konfrans radioloq, ürək-damar cərrahı, kardioloq, nefroloq, fizioterapevt, ümumi cərrah, onkoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulubr.

 

"Heydər Əliyev İli" çərçivəsində həyata keçiriləcək Konfransın Ulu Öndərin doğulduğu Naxçıvan şəhərində həyata keçirilməsi planlaşdırılır.

 

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib.

 

Konfransda iştirak ödənişsizdir.

 

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-https://aztibb.az/az/content/uploads/2023/09/proqram28.pdf

 

Əlavə məlumat almaq üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır