Əcnəbi vətəndaşların ATU-nun rezidentura və magistratura pilləri üzrə qəbulu keçirilib - Fotolar
20.10.2020 23:00
Əcnəbi vətəndaşların Azərbaycan Tibbi Universitetinin (ATU) rezidentura və magistratura pilləri üzrə 2020-2021-ci təhsil ili üçün qəbulu keçirilib.
Aztibb.az xəbər verir ki, qəbul prosesinin şəffaf və mütəşəkkil aparılması məqsədilə ATU rektorunun əmrinə əsasən, xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibinə ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Rezidentura və magistratura şöbəsinin müdiri professor Nailə Sultanova, həmin şöbənin müdir müavinləri dosent Svetlana Babayeva, assistent Gülay Məmmədzadə, beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, həmin şöbənin müdir müavini Nigar Ələkbərova daxil edilib.
Rezidentura pilləsinə qəbul 2 hissədən ibarətdir olub. 16 oktyabr tarixində ATU-nun Test Mərkəzində dil imtahanı keçirilib və imtahanı uğurla vermiş əcnəbi vətəndaşlar müsahibə mərhələsinə buraxılıblar. Rezidentura pilləsi üçün 7 fərqli ölkədən 16 nəfər əcnəbi vətəndaş ərizə ilə müraciət edib. Bu vətəndaşlardan 3 nəfərin ərizəsi ikili vətəndaşlıq məsələlərinə görə qəbul edilməyib. Müraciətlər mama-ginekologiya, üz-çənə cərrahiyyəsi, şüa-diaqnostika, qastroenterologiya, dermatovenerologiya və s. ixtisaslar üzrə olub.
Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama hərəkatı üzv dövlətləri üçün ayrılmış qrant hesabına 3 nəfər əcnəbi vətəndaş ATU-nun rezidentura pilləsində təhsil almaq hüququ qazanıb.
Magistraura pilləsinə qəbul olunmaq üçün ATU-nun Əczaçılıq fakültəsinin məzunu 2 nəfər əcnəbi vətəndaş müraciət edib. Qeyd olunan hər iki əcnəbi vətəndaş müsahibədən uğurla keçərək, farmakoqonoziya və əczaçılıq kimyası ixtisasları üzrə magistratura pilləsinə qəbul edilmək hüququ qazanıblar.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanlı alimlər Cənubi Koreyada beynəlxalq tədbirdə iştirak ediblər
23.10.2026 | 16:49
ATU magistrantı antibiotik rezistentliyinin profilaktikası ilə bağlı təqdimatla çıxış edib
23.10.2026 | 15:48
Kimya İnstitutunda peşəkar gənc kadrlara ehtiyac var
23.10.2026 | 15:16
ATU-da fizioterapiya və tibbi reabilitasiya sahəsində əməkdaşlığın inkişafı müzaklirə olunub
23.10.2026 | 12:42
“AI in Medicine Innovation” təlim proqramı çərçivəsində ilk praktik məşğələ keçirilib
22.10.2026 | 14:46
Azərbaycanda hərbi tibbi ingilis dili üzrə təlim keçirilir
22.10.2026 | 10:54
Professor Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb
21.10.2026 | 16:44
ATU-da magistratura təhsilinin təşkili və keyfiyyəti müzakirə olunub
21.10.2026 | 11:23
Qazaxıstanlı magistrantlar Molekulyar Biologiya İnstitutunda elmi təcrübədə olublar
20.10.2026 | 16:53
ATU-da rezidentura hazırlığı DİM hədəfləri kontekstində müzakirə olunub
20.10.2026 | 15:57
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

