Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransın materialları nəşr olunub
23.09.2023 09:07

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransın tezisləri çapdan çıxıb.

 

Şərqşünaslıq İnstitutundan Aztibb.az-a verilən xəbərdə bildirilir ki, konfransda səslənən 154 məruzənin tezisi dərc olunub. Bu sırada İraq, Misir, Mərakeş, Malayziya, Ukrayna və Rusiyadan 11 alimin məruzəsinin tezisi də çap olunub.

 

Nəşr olunanlar sırasında həm akademik Zərifə Əliyevaya həsr olunmuş, həm də cəmiyyətdə, elmdə, təhsildə, mədəniyyətdə qadının yerinə, roluna, qadın problemlərinə dair məruzələrin tezisləri yer alıb.

 

Akademik Zərifə Əliyevaya həsr olunmuş məruzələrin tezisləri sırasında, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyevanın “Görkəmli alim-oftalmoloq akademik Zərifə xanım Əliyevanın 100 illiyinə ithafən”, ukraynalı alimlər Oleq Kupçik və Nataliya Zubun “Sona Axundova-Bağırbəyova və Zərifə Əliyeva: oftalmologiyanın korifeyləri”, eləcə də Məryəm Seyidbəylinin “Tibb elmində Azərbaycan qadınları”, Çinarə Səfərovanın “Gözəllik, sədaqət rəmzi olan böyük alim – Zərifə Əliyeva” mövzularında tezisləri dərc olunub.

 

Digər mövzulardakı tezislər sırasında misirli alimlərdən Daliya Hüseyn Fəhminin “Ərəb musiqisində qadının rolu”, Abidin Uveys Yunis Məhəmmədin “İslamda qadın hüququ”, Əhməd Abdo Tərabikin “Cəmiyyətdə şəxsiyyətin formalaşmasında və onun inkişafında qadının rolu”, Əmirə Əbdulhəkimin “Qadın ədəbiyyatı və ərəb cəmiyyətinin aktual məsələləri”, Siham Məhəmməd İzəddin Cibrilin “Azərbaycanda qadınların iqtisadi baxımdan güclənməsi, mədəni layihələr və ənənəvi sənətkarlıq”, Malayziyadan Sad Nəclə əl-Akurinin “Müasir Yəmən qadını”, həmçinin Azərbaycan alimlərindən Rəna Mirzəzadənin “Birinci vitse-prezidentliyə gələn yol və gender siyasəti”, Salidə Şərifovanın “Leyla Əliyeva yaradıcılığının janr xüsusiyyətləri”, Roida Rzayevanın “Müasirlik: elm və qadın”, Əfşan Şəfiyevanın “Şərq cəmiyyətində modernizmin qadınlara təsiri”, Fatma Məcidovanın “A.İmanquliyeva Azərbaycan ərəbşünaslığında qadın həmrəyliyinin carçısı kimi”, İnci Qasımlının “Türk qadınlarının cəmiyyətdəki yeri”, Ələddin Məlikovun “Qadın Şərq və Qərb qovşağında”, Lalə Mikayılzadənin “Azərbaycanın fədakar qadınları”, Vüqar Məmmədovun “Şərqşünaslıq İnstitutunun tədqiqatlarında qadın mövzusu” və s.  qeyd etmək olar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub