Kəskin leykoz xəstəliyindən əziyyət çəkən gənc jurnalistin köməyə ehtiyacı var
21.09.2023 16:56

Gənc jurnalist Şəfiqə Nazimqızının sağlamlığına qovuşması üçün dəstəyə ehtiyacı var.

 

Aztibb.az xəbər verir ki, yenicə ana olan Şəfiqə Nazimqızında kəskin leykoz xəstəliyi aşkarlanıb. Xoşbəxtlikdən ilik nəqli üçün qardaşı donor kimi uyğun olsa da, ailəsinin maddi imkanı bu əməliyyatın xərcini qarşılayacaq səviyyədə deyil.

 

"Təcili köməyiniz lazımdır, 14 gün vaxtım var.

 

Həyatımın ən gözəl çağında, 5 illik həsrətdən sonra dünyaya gələcək övladımı qucağıma alacağım günlərin tam sonunda kəskin leykoz xəstəsi olduğum aşkarlanıb. Yüksək həyati risklə övladım doğulub, onu xəstəxanada ailə üzvlərimizə tapşırıb yoldaşımla Türkiyəyə müalicəyə getmişəm. Avqustun 1-dən sentyabrın 13-dək yoldaşımla mənim iş yerimiz, Global Media Qrupun maddi dəstəyi ilə Anadolu xəstəxanasında müalicə, ximyaterapiyalar almışam. Tam sağalmağım üçün ilik nəqli lazımdır. Oktyabrın 4-10 arasında transplantasiya həyata keçirilməlidir. Onun üçün maddi imkanımız yoxdur və təxminən 50 min dollardan çox pul lazımdır. 

 

Allahdan ümid kəsilməz deyiblər. Bu pulun yığılmasında yardımsevər insanların köməyinə ehtiyacımız var. Məbləğ böyük görünür, lakin dama-dama göl olar deyiblər. Qızımı özüm böyütmək istəyirəm, inşallah bir gün sağalmağımla bağlı status paylaşacağıma inanıram", - deyə Şəfiqə Nazimqızı feysbuk səhifəsində paylaşım edib.

 

Kart hesabı: 4127214121989898

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır