"Qan damarlarını bərpa edən fito maddələr və faydalı bitkilər" kitabı nəşr olunub
21.09.2023 11:08

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşlarının həmmüəllifi olduqları “Qan damarlarını bərpa edən fito maddələr və faydalı bitkilər” (xalq və ənənəvi təbabət üsulları əsasında)  kitabı işıq üzü görüb.

 

Bu barədə Aztibb.az-a Dendrologiya İnstitutundan xəbər verilib.

 

Kitab xalq və ənənəvi təbabətdə istifadə olunan dərman bitkiləri, onlardan hazırlanmış ekstraktlar, fito maddələr, qarışıqlar, həb qranula, dəmləmələr, bişirmələr və meyvə tərəvəz qarışımlarının köməyi ilə müxtəlif səbəblərdən tutulmuş damarların (arteriya, vena) aşılması yollarından bəhs edir. Əsərdə damar tutulmalarının yaranması və inkişafı səbəbləri və xəstələyin ənənəvi və xalq təbabəti metodları vasitəsilə müalicəsi ətraflı şəkildə şərh edilib. Kitab bu xəstəliyə tutulmuş insanları maarifləndirmək, onların sağaldılmasına göstərilən vasitə və üsullar haqqında ətrafı məlumatlar verilməsi məqsədi ilə yazılıb.

 

Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub