Biofizika İnstitutunda bioelektrik siqnalların patofiziologiyasına dair elmi seminar keçiriləcək
19.09.2023 08:36

Sentyabrın 21-də saat 15:00-da  Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Bioelektrik siqnallar: funksiyaları və patofiziologiyası” mövzusunda elmi seminar keçiriləcək.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, seminarda Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının müdiri, b.ü.f.d. Taleh Yusifov çıxış edəcək.

 

İon kanalları ion cərəyanı yaradır və bioelektrik siqnalların formalaşmasını təmin edir. Bioelektrik siqnallar, orqanizmin siqnal şəbəkəsinin tərkib hissəsi kimi, ürək və sinir sisteminin fəaliyyəti üçün vacibdir, diferensiallaşma, çoxalma və apoptoz kimi fizioloji proseslərdə əsas rol oynayırlar. Bioelektrik siqnalların normal olmayan fəaliyyəti ürək, əzələ və xərçəng xəstəliklərini yarada bilir. Ən son tədqiqatlar göstərir ki, bioelektrik siqnala aid olunan patoloji vəziyyəti onun funksiyasının tənzimlənməsi ilə normal vəziyyətə gətirmək olar. Beləliklə, bioelektrik siqnal mexanizminin manipulyasiyasını xərçəng və başqa xəstəliklər üçün müalicədə yeni terapevtik strategiya hesab oluna bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır