“Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” adlı elmi konfrans keçiriləcək
08.09.2023 12:28
Sentyabrın 16-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Bayer” şirkətinin birgə təşkilatçılığı ilə “Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda elmi konfrans və master-klass keçiriləcək.
 
Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən süd vəzi və prostat xərçəngi, qaraciyər patologiyaları, beyin törəmələri və sellar patologiyalarda MRT müayinələrinin diaqnostik əhəmiyyətinə dair təqdimatlar ediləcək, o cümlədən beyin perfuziya, traktoqrafiya və spektroskopiya müayinələri barədə master-klass təşkil ediləcək.
 
Proqrama uyğun olaraq konfrans radioloq, neyrocərrah, ürək-damar cərrahı, onkoloq, kardioloq, qastroenteroloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.
 
Hər kəs üçün əlçatanlığı təmin etmək məqsədilə tədbir hibrid formatda təşkil olunacaq. Konfrans əyani şəkildə saat 14:00-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə "ZOOM" platformasında həyata keçiriləcək.
 
Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilib.
 
Tədbirdə iştirak ödənişsizdir!
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır