Respublika Klinik Xəstəxanası həkim-diyetoloq vəzifəsi üzrə işçi axtarır
22.08.2023 15:34

Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası həkim-diyetoloq vəzifəsi üzrə vakansiya elan edir.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, namizəd üçün tələblər aşağıdakılardır:

• İxtisas üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodları, neyrobiologiya
• Aidiyyəti istiqamət üzrə ali tibbi təhsil və rezidentura təhsili,
• Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.

 

Müraciət qaydası:

• Vakansiya üzrə müraciət :

CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini hr.rkx@tabib.gov.az ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd edərək göndərə bilərsiniz.

 

Tələb olunan sənədlər:

• Şəxsiyyəti təsdiq edən sənədin surəti,
• Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla),
• Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq),
• Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).

 

Son müraciət tarixi: 20.09.2023

 

TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.

• Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev