Dərinin vəziyyətini yaxşılaşdıran məhsullar
20.08.2023 13:32

Bir insanın pəhrizi onun dəri vəziyyətinə təsir göstərir.


Aztibb.az xəbər verir ki, bu barədə dermatoloq Yuliya Qalliamovanın sözlərinə istinadən pravda.ru nəşri məlumat yayıb.


Həkimin izah etdiyi kimi, yağ və tər vəziləri bağırsaqlar, sidik kisəsi və böyrəklərlə eyni ifrazat sistemidir. Ona görə də insanın yediyi hər şey onun piy vəziləri vasitəsilə də çıxır. Bu səbəbdən dərinin vəziyyəti əsasən düzgün bəslənmədən asılıdır.


Odur ki, məhsullar müxtəlif iltihablı proseslərin güclənməsinə təsir göstərə bilər. Bunun baş verməməsi üçün dermatoloq tərəvəz və meyvələrə üstünlük verməyi tövsiyə edib, lakin şirin və nişastalı qidaları məhdudlaşdırmaq daha yaxşıdır.


Həkim bitki yağlarının dəri sağlamlığı üçün əhəmiyyətini də xatırladıb: "Omeqa-3-dən istifadə etməlisiniz. Bu maddə balıqla zəngindir. Vitaminlər və iz elementləri olan az miqdarda qoz-fındıq da fayda verəcəkdir".


Həkim qeyd edib ki, daimi dəri səpgilərinin görünüşü dermatoloqa müraciət etməyi tələb edir, çünki bu cür problemləri qastroenteroloq və endokrinoloq deyil, məhz bu həkim həll edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub