Həkim-uroloq vəzifəsi üzrə vakant yerlər elan edilir
18.08.2023 12:46

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan tibb müəssisələrində həkim-uroloq vəzifəsi üzrə vakant yerlər elan edir.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, mövcud iş yerləri aşağıdakılardır:

Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Xəzər Tibb Mərkəzi
Pirallahı Tibb Mərkəzi
Ucar Rayon Mərkəzi Xəstəxanası
Goranboy Rayon Mərkəzi Xəstəxanası
Beyləqan Rayon Mərkəzi Xəstəxanası
Qazax Müalicə Diaqnostika Mərkəzi
Lerik Rayon Mərkəzi Xəstəxanası
Daşkəsən Rayon Mərkəzi Xəstəxanası
Ağstafa Rayon Mərkəzi Xəstəxanası

Tərtər Rayon Mərkəzi Xəstəxanası
Ağdam Rayon Mərkəzi Xəstəxanası
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası
İmişli Rayon Mərkəzi Xəstəxanası
Salyan Rayon Mərkəzi Xəstəxanası

Neftçala Rayon Mərkəzi Xəstəxanası

 

Əməkhaqqı:
Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

 

Müraciət qaydası:

 

CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini vacancy@tabib.gov.az ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və iş yerini (məsələn: Xəzər Tibb Mərkəzi–həkim-uroloq) qeyd edərək müraciət edə bilərsiniz.

 

Tələb olunan sənədlər:

Şəxsiyyəti təsdiq edən sənədin surəti;

Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);

Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);

Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).

 

Son müraciət tarixi: 15.09.2023

 

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır